Əsas məzmun
Tarixəqədərki incəsənət
Course: Tarixəqədərki incəsənət > Unit 2
Lesson 1: Neolit dövrü incəsənəti: yenibaşlayanın bələdçisiNeolit inqilabı
İnşanın müəllifi : Dr. Senta German
Oturaq həyat
Neolit dövrü dedikdə , bir çox insanın ağlına bu erkən eranın nümunəvi obrazı olan Stounhenc abidəsi gəlir. Təxminən e .ə . 3000 - ci ilə aid olan və İngiltərədə Solisberi düzənliyində salınmış bu abidə , Avropada özündən əvvəl tikilmiş bütün abidələrdən daha böyük və mürəkkəb quruluşa sahibdir. Stounhenc, neolit inqilabının bəşər tarixində əldə etdiyi mədəni nailiyyətlərin ən vacib nümunəsidir. Bizim bu gün yaşadığımız həyat tərzi , şəhər və bölgələrdə yaşayan istənilən insanlara yaxınlıq, qanunlarla qorunmaq, istənilən növ qidaların fermalarda yetişdirilməsi, öyrənmək, araşdırmaq və ixtira etmək üçün asudə vaxtmızın hamısı təxminən 11,500-5,000 il əvvəl mövcud olmuş neolit inqilabının nəticəsidir. Hazırkı yaşam tərzimizə yol açan inqilab , o dövr üçün bitkiləri əkib becərmək və heyvanları əhilliləşdirmək üçün lazım olan texnologiyanın inkişaf etdriliməsindən ibarət idi.
Neolit inqilabından əvvəl , Siz geniş ailənizlə köçəri həyat tərzi sürərdiniz, heç vaxt bir ərazidə bir neçə aydan daha uzun müddət qala bilməz, həmişə müvəqqəti sığınacaqlarda yaşayar, sağ qala bilmək üçün daima ərzaq axtarışında olar və heç vaxt indi bizim asanlıqla ciblərimizə və ya torbalarımıza qoyduğumuz kimi bir şeylərə sahib ola bilməzdiniz. Neolit həyat tərzinə keçid nəhəng idi və bu günə kimi yararlandığımız bir çox zövqlərin yaranmasına səbəb oldu (çoxlu ərzaq, dostlar və rahat yaşayış məskənləri).
Stounhenc, e.ə 3,000-ci il, Solsberi düzənliyi, İngiltərə
Neolit dövrü mədəniyyəti
İnsanların yaşam tərzindəki kütləvi dəyişikliklər, incəsənətə də təsir göstərdi. Neolit dövrü heykəltaraşlığı qismən böyüdü, çünki insanlar artıq hazırladıqları incəsənət nümunələrini bir yerdən başqa yerə özləri ilə daşımağa məcbur deyildilər; dulusçuluq daha geniş yayılmağa başladı və təsərrüfatdan yığılan ərzaqları saxlamaq üçün istifadə edilirdi.
Neolit dövrü alkoqolun ilk dəfə istehsal edildiyi, memarlığın , daxili və xarici tərtibatının inkişaf etdiyi, bir sözlə, insanların oturaq həyata keçərək bir yerdə bir ildən daha uzun müddət yaşadıqları dövrə çevrildi.
Stounhencin daha əvvəl, paleolit köçəriləri tərəfindən inşa edilə biləcəyi çox çətin görünür. Heç vaxt geri dönə bilməyəcəyi və ya yalnız nadir hallarda geri dönə biləcəyi bir yerə bir abidə ucaltmaq üçün çox vaxt və enerji sərf etmək boş yerə olardı. Bununla yanaşı, abidəni ucaltmaq üçün qeyri adi bacarıq və səy tələb olunurdu. Stounehenc, təxminən 320 fut sahəyə sahibdir və xarici halqanı meydana gətirən daşlar 50 ton ağırlığındadır; 6 ton ağırlığında olan kiçik daşlar isə 450 mil məsafələrdən gətirilmişdi. Stounehencin istifadəsi və ya mənası aydın deyil, lakin dizayn, planlaşdırma və icra yalnız səlahiyyətlərin şübhəsiz olduğu bir mədəniyyət tərəfindən həyata keçirilə bilərdi. Budur, yüzlərlə insanı uzun müddət çox ağır iş görmək üçün toplaya bilən bir mədəniyyət. Bu, Neolit dövrünün başqa bir xüsusiyyətidir.
Dulusçuluğaqədərki Neolit B aid suvaq və balıqqulağı ilə kəllələr. E.ə 7000-6000-ci illər, İsrailin Aşağı Qalileyadakı İftahel arxeoloji ərazisindən tapılmışdır.
Suvaqlı kəllələr
Neolit dövrü həmçinin təsviri sənət üçün əbədi ilham mənbəyi olan dini etiqadların olduğunu sübut edən nümunələrin tapılması ilə də əhəmiyyətlidir. Bəlkədə ən maraqlıları Levant ərazisində, Yerixon da daxil olmaqla altı məkanında tapılmış gipslənmiş insan kəllələridir. Neolit dövrünün bu zaman kəsiyində e.ə 7000-6000 ci illərdə insanlar daha çox evlərin döşəmələri altında dəfn edilir, bəzi hallarda onların kəllələri çıxarılır və həyati sima yaratmaq üçün üzəri gipslə örtülür, gözlərin yerinə balıq qulağı yerləşdirilir və saçları və bığları təqlid etmək üçün isə boyalar çəkilirərək tamamlanırdı.
Bu kəllə sümüklərinin ənənəvi təfsiri bu idi ki, onlar kişi əcdadlarını qorumaq və ibadət etmək üçün bir vasitə təklif etmişdilər. Ancaq son araşdırmalar göstərdi ki, altmış bir gipslənmiş kəllə arasında qadın və uşaq cəsədləri də əhəmiyyətli saydadır. Bəlkə də kəllə o qədər də dini obyekt deyil, nə qədər ki itirilmiş yaxınlarına yas saxlamağa kömək edən güclü obyektlərdir.
Neolit dövrü xalqlarının yazılı dili yox idi, buna görə də bir çox məsələləri heç vaxt bilməyəcəyik (yazı tarixinin ən qədim nümunəsi Şumerdə Mesopotamiyada b.e.ə. 4-cü minilliyin sonlarında inkişaf edir. Lakin, daha ilkin yazının neolit dövründə inkişaf etdiyinə inanan alimlər də var)
İnşanın müəllifi : Dr. Senta German
Əlavə mənbələr:
Söhbətə qoşulmaq istəyirsiniz?
Hələ ismarış yoxdur.