If you're seeing this message, it means we're having trouble loading external resources on our website.

Əgər vebsayt filtrindən istifadə edirsinizsə *.kastatic.org*.kasandbox.org domenlərinin əngəllənməmiş olduğundan əmin olun.

Əsas məzmun

Çatalhöyük

Ceyms Mellart və onun komandası tərəfindən ilk qazıntıdan sonra Çatal Höyük (photo: Omar hoftun, CC: BY-SA 3.0)
Ceyms Mellart və onun komandası tərəfindən ilk qazıntıdan sonra Çatalhöyük (photo: Omar hoftun, CC: BY-SA 3.0)
Çatalhöyük və ya Çatal Höyük Neolit ​​dövrünün ən qədim və ya ən böyük məntəqəsi deyil, ancaq sənətin başlanğıcı üçün son dərəcə əhəmiyyətlidir. Müasir Konya şəhərinin yaxınlığında, Türkiyənin cənub mərkəzində yerləşən və 9000 il əvvəl böyük bir şəhərdə birlikdə 8000 nəfərə qədər insan yaşayırdı. Çatalhöyük, tarix boyu yalnız ovçuluqdan və yığıcılıqdan bitki və heyvan əhliləşdirməsinə bacarığına yüksəldilməsinə keçidin şahidi oldu. Çatalhöyük tarixini insanın ən əhəmiyyətli dəyişikliklərindən biri olan bir yer olaraq görə bilərik: köçəridən məskunlaşmaya qədər. Məskunlaşmış insanların həyatında yeni bir rol oynadığı göründüyü həm rəngkarlıq, həm də heykəltəraşlıq ilə sənəti olan bir məntəqədir.
Çatal Höyükün yerləşməsi qeyd edilən Türkiyənin relyef xəritəsi (xəritə: Uwe Dedering, CC: BY-SA 3.0)
Çatal Höyükün yerləşməsi qeyd edilən Türkiyənin relyef xəritəsi
(xəritə: Uwe Dedering, CC: BY-SA 3.0)
Çatalhöyükün küçələri və ya piyada yolları yox idi; evlər bir-birinin qarşında tikilmişdi və orada yaşayan insanlar şəhərin damlarının üstündən keçib, nərdivandan enərək evlərinə damlardakı çuxurlar vasitəsilə daxil olurdular. Kommunal sobalar Çatalhöyük evlərinin üstündə qurulurdu və güman edə bilərik ki, bu yüksəklikdə qrup tədbirləri bu hündür yerdə keçirilirdi.
Soldan: ocaq, soba və kəsmə nərdivan, 56-cı bina, Cənub ərazi, Çatalhöyük (foto: 20060617_jpq_004, CC: BY-NC-SA 2.0)
Soldan: ocaq, soba və kəsmə nərdivan, 56-cı bina, Cənub ərazi, Çatalhöyük (foto: 20060617_jpq_004, CC: BY-NC-SA 2.0)
Yerixonda olduğu kimi, mərhumlar evlərin döşəmələri və ya platformaları altına qoyulurdu və bəzən kəllə çıxarılırdı və canlı simalara bənzətmək üçün suvaqlanırdı. Çatalhöyükdəki dəfnlər, zənginliyə və ya cinsiyyətə görə əhəmiyyətli dəyişikliklər göstərmir; yeganə fərqli işlənmiş, muncuqlarla bəzədilmiş və oxra ilə örtülmüş cəsədlər uşaqlara aid idi. Çatalhöyük ekskavatoru hesab edir ki, ərazidəki gənclər üçün bu xüsusi qayğı cəmiyyətin oturaq olması və artan əmək, mübadilə və miras ehtiyacları səbəbindən daha çox uşağa ehtiyacın olmasının əksi ola bilər.
Cənub Qazıntı Ərazisi, Çatahöyük (foto: (), CC: BY-NC-SA 2.0)
Cənub Qazıntı Ərazisi, Çatahöyük
(foto: Çatalhöyük, CC: BY-NC-SA 2.0)
İncəsənət nümunələrinə Çatalhöyük qalıqları, həndəsi dizaynlarla yanaşı insan və heyvan təsvirləri arasında hər yerdə rast gəlmək mümkündür. Hamar suvaqlı divar üzərində rəqs edən təkrarlanan romb fiqurları və ziqzaqlar, gildən düzəlmiş insan fiqurları, otaqların kənarlarında üzbəüz duran relyeflərdə formalaşdırılan cüt bəbirlər, ov şənliklərində vəhşi öküzlərin təqibi təsvir olunmuşdur. Çatalhöyük incəsənət nümunələrinin həcmi və rəngarəngliyi hədsizdir və onun qədim sakinlərinin gündəlik yaşamlarının həyati, funksional hissəsi kimi başa düşülməlidir.
Çatalhöyükün oturan Qadını (baş hissəsi bərpa olunmuşdur), Anadolu Mədəniyyətləri Muzeyi, Ankara, Türkiyə (foto: Nevit Dilmen, CC BY-SA 3.0)
Çatalhöyükün oturan Qadını (baş hissəsi bərpa olunmuşdur), Anadolu Mədəniyyətləri Muzeyi, Ankara, Türkiyə (foto: Nevit Dilmen, CC BY-SA 3.0)
Bu ərazidə bir çox heykəlciklər tapılmışdır, onlardan ən məşhurunda iki böyük pişik üzərində və ya arasında oturan böyük qadın obrazı təsvir olunmuşdur. İnsanlar və heyvanların təsvir olunduğu heykəlciklər müxtəlif növ materiallardan hazırlanmışdır, lakin böyük əksəriyyəti olduqca kiçikdir və çox az bişmiş gildən hazırlanmışdır. Bu sıradan heykəlciklər əsasən zibil çuxurlarında, həmçinin soba divarlarında, ev divarlarında, döşəmələrdə və tərk edilmiş ərazilərdə tapılmışdır. Bu heykəlciklərin adətən tozlandığı, cızıldığı və qırıldığı görünür və onlardan ümumiyyətlə, pis ruhlardan qorunmaq və dilək simvolu kimi istifadə olunduğu hesab edilir.
Çatalhöyükdə qazılan hər bir evin divarlarında və platformalarında, daha çox evin əsas otağında bəzəklərin olduğu aşkar edildi. Bundan əlavə, bu iş daim yenilənirdi; evin əsas otağının suvağı hər ayda və ya mövsümdə olmaq tezliyi ilə yenidən düzəldildiyi görünür. İki ölçülü divarda həm həndəsi, həm də fiqurlu təsvirlər məşhur idi.
Neolit dövrü divar rəsmləri, 80-ci tikili, Çatahöyük (foto: Çatalhöyük, CC: BY-NC-SA 2.0)
Neolit dövrü divar rəsmləri, 80-ci tikili, Çatahöyük
(foto: Çatalhöyük, CC: BY-NC-SA 2.0)
rəssamlıq və məntəqənin qazıntısına əsaən hesab edilir ki, həndəsi divar rəsmləri xüsusilə qonşu dəfn olunmuş gənclərlə əlaqəli idi. Fiqurlu rəsmlər tülkünün arxasında üz-üzə dayanmış iki durna ilə təsvirdəki kimi ya təkcə heyvan aləmini göstərir, ya da insanlarla qarşılıqlı əlaqədə təsvir edilir, məsələn, insan cəsədini dimdikləyən quzğun və ya ov səhnələri. Müəyyən tezlikdə Çatalhöyükdə aşkar edilən divar relyeflərində bir-birinə baxan cüt heyvanlar və insan kimi varlıqlar təmsil edirlər. Alternativ olaraq ayılar, tanrıçalar və ya adi insanlar olduğu düşünülən bu son relyeflər həmişə aralanmış, başları, əlləri və ayaqları çıxarılmış vəziyyətdə, ehtimal ki, evin tərk edildiyi bir vaxtda təsvir olunurdu.
Öküz bukraniyası, 77-ci tikilidə künc instalyasiyası, Çatalhöyük (foto: Çatalhöyük, CC: BY-NC-SA 2.0)
Öküz bukraniyası, 77-ci tikilidə künc instalyasiyası, Çatalhöyük
(foto: Çatalhöyük, CC: BY-NC-SA 2.0)
Çatalhöyükdə tapılan ən diqqətəlayiq sənət nümunələri, heyvan qalıqlarının instalyasiyalarıdır və bunlardan ən təəccüblüləri arasında öküz bukraniyasıdır. Bir çox evdə əsas otaq divarlara (ən çox Şərq və ya Qərb divarları) və ya platformaya qoyulmuş bir neçə suvaqlanmış öküz kəlləsi ilə bəzədilmişdir, buynuz ucları kommunal məkana çıxırdı. Çox vaxt bukraniyanı oxra qırmızı rəngə boyayardılar. Bunlara əlavə olaraq, digər heyvanların kəllələrin, dişlər, dimdiklər, sümük dişləri və ya buynuzların qalıqları divarlara və platformalara yerləşdirilmiş, suvaqlanmış və rənglənmişdir. Çatalhöyükün qədim sakinləri yalnız heyvanların iti hissələrini evlərinə aparmaqla maraqlandıqları ortaya çıxdı!
Heyvanların qalıqları ilə daxili bəzək təcrübəsini necə başa düşə bilərik? İpucu aşkar edilən və təmsil olunan canlıların növlərində ola bilər. Çatalhöyük sənətində təmsil olunan heyvanların əksəriyyəti əhliləşdirilməmişdir; məntəqədəki sənətdə vəhşi heyvanlar üstünlük təşkil edir. Maraqlıdır ki, sümük tullantılarının müayinəsi göstərir ki, istehlak olunan ətin əksər hissəsi vəhşi heyvanlardan, xüsusən də öküzlərdən ibarətdir. Ekskavatorlar hesab edir ki, sənət və mətbəxdəki bu seçim heyvanların artan əhliləşməsi dövrü olan müasir era ilə əlaqəli idi və ovlanmanın yaşamaq üçün daha vacib olduğu dövrlərdə yaxın mədəni keçmişin yaddaşının bir hissəsi olan heyvanlar ilə əlaqəsi də qeyd olunur.
İnşanın müəllifi : Dr. Senta German

Əlavə Mənbələr