If you're seeing this message, it means we're having trouble loading external resources on our website.

Əgər vebsayt filtrindən istifadə edirsinizsə *.kastatic.org*.kasandbox.org domenlərinin əngəllənməmiş olduğundan əmin olun.

Əsas məzmun

Əriha

Təbii vahə

Ölü dənizin şimalında, İordan çayının qərbində yerləşən Yerixon dünyanın ən qədim yaşayış məntəqələrindən biridir. Bəlkə də buna görədir ki, ərəbdilli mənbələrdə bura Ārīḥā- yəni ətirli mənasına gələn söz kimi ifadə olunur. Yerixon səhranın ortasında saysız-hesabsız şirin su bulaqlarının tapıla biləcəyi təbii bir vahəddir. E..ə 10.000 -e.ə 9000-ci illər arasında ilk ziyarətçilərini cəlb edən bu qaynaq, bu gün də orada yaşayan nəsillər vardır.
Tell es-sultan, havadan Yerixon arxeoloji bölgəsi (photo: Fullo88, ictimai əhəmiyyət)
Es-sultan, Yerixon arxeoloji sahəsinin havadan görüntüsü
(photo: Fullo88, ictimai əhəmiyyət)

Bibliyaya istinad

Yerixon məntəqəsi özünün İncildəki identikliyi ilə məşhurdur və bu, 4-cü əsrin əvvəllərində zəvvarların və tədqiqatçıların diqqətini çəkmişdır; ciddi arxeoloji tədqiqatlar XIX əsrin ikinci yarısına qədər isə başlamamışdır. Arxeoloqları bu gün də Yerixona cəlb etməyə davam edən şey, israillilərin Kanaanlılara qarşı gözlənilməz bir qələbə qazandıran İsa Navinin bəzi sübutlarını tapmaq ümididir ("İsa Navin və adamları şəhər ətradında buynuzlarda çaldıqları zaman şəhərin divarları yıxıldı") Navin 6: 1-27). Navinin özünün birmənalı sübutu hələ tapılmamış olsa da, təxminən 12000 illik insan fəaliyyətlərinin izləri tapılmışdır.
Lakin, Yerixondakı ən möhtəşəm tapıntılar, İsa NAvin dövrünə yox, təxminən Tunc dövrünə (e.ə. 3300-1200) aid edilir, hətta Neolit dövrünündən daha əvvələ, hələ dulusçuluq yaranmadan əvvələ aid tapıntılar da mövcuddur.
Aşağıya, Yerixon qalasına baxış (foto: Reinhard Ditrix, ictimai əhəmiyyət)
Yerixona baxış
(photo: Reinhard Dietrich, ictimai əhəmiyyət)

Qədim divarlar

Yerixon məskanı İordan vadisinin geniş düzənliyindən ibarətdir və hündürlüyü insanların məskunlaşması nəticəsində yaranan və Tell adlanan qalıqların nəticəsindədir. Qalıqları (daş alətlər) qalan məskanının ilk ziyarətçiləri Mezolit dövrünə (e.ə. 9000-cü il) aiddir, lakin burada ilk məskunlaşma Eyn as-Sultan mənbəyi ətrafında, erkən Neolit ​​dövrünə təsadüf edir və bu insanlar, ev tikmək, bitki yetişdirmək, heyvan saxlamaq kimi vərdişləri olan qədim insanlardan ən erkənlərdəni idilər. Xüsusilə, Yerixonda Dulusçuluqdan əvvəlki Neolit ​​A səviyyələrində (b.e.ə. 8500-7000) arxeoloqlar gil kərpicdən düzəldilmiş və günbəzşəkili damlarla örtülmüş çox böyük dairəvi evlərin qalıqlarını tapmışdırlar.
Bu dövrün adından da göründüyü kimi, Yerixonun ilkin əhalisi dulusçuluq məmulatları hazırlamağı hələ bilmirdilər, ancaq daşdan gəmilər hazırlayır, parça toxuyur və alətlər üçün xüsusi faydalı daş növü olan obsidian üçün Türkiyənin şərqindəki Çiftlik kimi uzaq yerlərlə ticarətlər edirdilər. Məntəqə sürətlə böyüdü və naməlum səbəblərə görə sakinlər qısa müddət ərzində şəhərinin ətrafına divarın daxili tərəfinə yönləndirilmiş səkkiz metrədək hündürlüyündə daş qüllə ilə tamamlanan möhkəm daş divarlar və xarici xəndək inşa etdilər. Bu divarın fəaliyyətinə dair nəzəriyyələr hərbi müdafiədən tutmuş, heyvan yırtıcılarından qorunmaq, yaşayış məntəqəsini əhatə edən yer səviyyəsinin təbii yüksəlişinə qarşı mübarizə aparmağa qədər dəyişir. Ancaq orijinal istifadəsindən asılı olmayaraq, burada altı min il sonra qəti şəkildə İsa Navinin fəth etdiyi ilk divar nümunələrinə rast gəlirik.

SUvaqlı insan kəllələri

Dulusçuluqdan əvvəlki Neolit ​​A dövründən sonra ondan önəmli cəhətlərinə görə fərqlənə Dulusçuluqdan əvvəlki Neolit B (e.ə. 7000-5200) dövrü davam edir. Bu dövrdəki evlər düzbucaqlı və cınaqşəkilli baş barmağı izi ilə bəzədilmiş yeni növ gil kərpicləri ilə tikilmişdir və həmişə uzunluğu boyunca qalın gil məhlulları ilə düzülürdü. Bu harç, mala kimi, daxili divarlarda hamar bir səth yaratmaq üçün istifadə olunurdu, həmçinin döşəmələrə də yayılırdı. Bu dövrdə Yerixonda kult və dinin olduğuna dair bir sıra dəlillər var. Arxeoloqlar unikal formaya sahib daxilində çuxur və hövzələrin olduğu, qübbəli bitişik tikililər ilə bu dövrə aid bənzərsiz bina aşkar etmiş və bunun mərasimlərin təşkili üçün istiifadə edildiyi güman edilir.
Yerixondan suvaqlı insan kəlləsi, Dulusçuluqdan əvvəlki Neolit B, e.ə 7200 (Briyaniya muzeyi)
Yerixondan balıqqulağı gözləri olan suvaqlı insan kəlləsi, Dulusçuluqdan əvvəlki Neolit B, e.ə 7200 (Britaniya Muzeyi)
Kult təcrübəsinin digər dəlilləri, dulusçuluqdan əvvəlki Neolit ​dövrü şəhərinin bir neçə evində, diri başlara bənzəməsi üçün düzəldilmiş suvaqlanmış insan kəllələri şəklində aşkar edilmişdir. Balıqqulaqlar gözlər üçün istifadə edillirdi və boya izləri dəri və saçların da vacibliyini nəzərə çarpdırır. Birlikdə tapılmış ən böyük qrup, bir evin suvaq döşəməsinin altındakı doldurmada basdırılmış doqquz nümunə idi.
Yerixon Dulusçuluqdan əvvəlki Neolit B səviyyəsində suvaqlanmış kəllələrin tapıldığı yeganə məntəqə deyil; onlardan həmçinin Tell Ramad, Beisamon, Kfar Hahoreş, 'Ayn Gazal və Nahal Hemarda da aşkar edilmişdir. Bu məntəqələrdə aşkar edilmiş altmış iki kəllə arasında yaşlı və cavan kişilər, qadınlar və uşaqlar təmsil olunur, bu da onların mənası ilə bağlı maraqlı suallar yaradır. Onlar əvvəlcədən düşünüldüyü kimi, əcdadlara ibadət üçünmü istifadə olunurdular , yoxsa mərhum ailə üzvlərini xatırlamaq üçün idimi? Neolit ​​dövründə bölgədə tətbiq olunan inanc sisteminin yazılı bir qeydi olmadığından bunu heç vaxt bilməyəcəyik.
İnşanın müəllifi : Dr. Senta German