If you're seeing this message, it means we're having trouble loading external resources on our website.

Əgər vebsayt filtrindən istifadə edirsinizsə *.kastatic.org*.kasandbox.org domenlərinin əngəllənməmiş olduğundan əmin olun.

Əsas məzmun

Su Nuraksi Baruminidəki Nuraq memarlığı, Sardiniya

Dr. Ceffri Beker tərəfindən
Sardiniya adası Aralıq dənizində ikinci ən böyük adadır və qədim mədəniyyətlərin yurdudur. Şimalında Korsika, şərqində İtaliya yarımadası, cənubda Tunis və qərbdə Balear adaları yerləşir. Sardiniya minilliklər boyu dənizçilər və tacirlər üçün əsas dayanacaq nöqtəsi olmuş, dərin və qədim mədəni irsə sahibdir. Sardiniyanın xarakterik və yerli Nuraq sivilizasiyası Tunc dövründən (B.E.Ə 18-ci əsr) Roma dövrünə qədər uzanır. Bu sivilizasiya öz adını nuraq kimi tanınan monumental, daşdan qurulmuş qüllə quruluşlarının xarakterik bir formasından irəli gəlir - bu mücərrəd quruluşlardan təxminən 7000-i hələ də Sardiniya mənzərəsini bəzəyir.

İlk Məskunlar

Paleolit ​​və Neolit ​​dövrlərində Sardiniyanın ilk məskunları, çox güman ki, Aralıq dənizi hövzəsi və Avropanın müxtəlif yerlərindən gəldilər. San Mikele olaraq da tanınan Ozieri mədəniyyəti Sardiniyada ilk müəyyən edilən məskunlaşmış mədəniyyətdir, tarixi e.ə 3200 - 2800-cü illərə dayanır. Ozieri xalqı kənd ölçülü icmalarıyla məşhurdur və maddi mədəniyyətlərinə Aralıq dənizi və Yaxın Şərqdə çox yayılmış "ana ilahəsi" heykəlcikləri daxildir. Bəlkə də Aralıq dənizinin qərbindən gələn miqrantlar səbəbiylə Sardiniyadakı artefaktlarla Balear adaları arasındakı bəzi oxşarlıqlar müşahidə edilə bilər. Buna nümunə olaraq tarixi e.ə. 4000 - 3650 illərə gedib çıxan Monte d’Akkoddi səcdəgahını göstərə bilərik.
Monte d’Akkoddi səcdəgahı (foto: Gianf84, CC BY-SA 3.0)
Monte d’Akkoddi səcdəgahı (foto: Gianf84, CC BY-SA 3.0)
Eramızdan 2,000 il əvvəl Zəng qüllələri mədəniyyətinin xalqları Sardinyaya gəlmiş, öz növbəsində Bonnanaro mədəniyyətini (eramızdan 1800-1600 əvvəl), prototarixi (yazının inkişafından əvvəlki dövr) Sardinya mədəniyyətini meydana gətirmişlər. Bu mədəniyyət qrupu Nuraq sivilizasiyasının birinci mərhələsini təmsil edir. Bonnanaro mədəniyyəti memarlıq ixtiralarının, xüsusən də "Nəhənglərin məzarı" adlanan örtülü qalereya məzarlar tipinə (aşağıda göstərilən) məsuliyyətli idi.

Nuraq

Arzakena, nəhəng məzar Koddu Vekkiu (foto: Royonks, CC BY-SA 3.0)
Arzakena, nəhəng məzar Koddu Vekkiu (şəkil: Royonx, CC BY-SA 3.0)
Tunc dövründə Sardinyada nuraqın inkişafı (Nuraq sivilizasiyasının adını götürdüyü monumental quruluşdur) həm vacib, həm də maraq doğuran memarlıq hadisəsidir. Nuraq formasını konusvarı kəsilmiş qaladan götürən meqalitik bir daşdır. Tikilmiş qalanın iç profili adətən arı pətəyi şəklindədir, zahiri görünüşü isə Orta əsr qalaları ilə oxşarlıq təşkil edir. Tikili quru daşlardan ibarətdir (yapışdırıcı materialdan istifadə olunmamışdır). İnşaatda daşişləmənin müxtəlif cilalanma dərəcələrindən istifadə olunmuşdur - sıxılmış çay daşından kəsilmiş və yonulmuş (forma verilmiş) daşlara qədər. Təxminən 7,000 nuraq Sardinyada sübut kimi saxlanılır, lakin alimlər əslində 10,000 və ya daha çox mövcud olduğunu təxmin edirlər. Mərkəzi qala kənar divarlarla əhatə oluna və bəzən isə bələdçi yaşayış məntəqəsi ilə müşayiət oluna bilər. Qalanın özü 30 metrə qədər hündürlükdə ola bilir.
Nuraq Fenunun Cerolamo Eksana tərəfindən bərpası (ictimai əhəmiyyətli abidə)
Nuraq Fenunun Cerolamo Eksana tərəfindən bərpası (ictimai əhəmiyyətli abidə)
Nuraq memarlığı yaxşı başa düşülsə də, nuraqın əhəmiyyəti ilə bağlı elmi mübahisələr hələ də davam edir. Bu mübahisələrin mürəkkəbliyinin səbəbi odur ki, adanın hal-hazırkı nuraqlarının çox az hissəsi elmi olaraq qazılmış və araşdırılmışdır. Bəzi nəzəriyyələrə əsasən nuraqlar müdafiə tikililəridir, digər nəzəriyyələrinə görə isə onlar mədəni status simvollarını təmsil edir. Bir çox nuraqlar sübut edir ki, Tunc dövründən sonra, xüsusilə də ada tarixinin Pun və Roma mərhələlərində onlar davamlı olaraq və yenidən istifadə olunmuşdur.

Su Nuraksi di Barumini ərazisi

Su Nuraksi di Barumini (foto: Françesko Giani, CC BY-SA 3.0)
Su Nuraksi di Barumini (footo: Françesco Giani, CC BY-SA 3.0)
Su Nuraksi di Barumini (Barumini Sardinyanın mərkəzi-cənubundakı regionun adıdır) ərazisi Sardinyanın ən dolğun şəkildə araşdırılmış nuraqının birisidir. Su Nuraksinin ən qədim hissəsi təxminən 18.6 metr hündürlüyündədir və eramızdan əvvəl on yeddi - on üçüncü əsrlərdə bazaltdan tikilən mərkəzi qaladır. Daha sonrakı mərhələlərdə mərkəzi qalanın əhatə edən asma divar (xarici, qeyri-struktur divar) ilə əlaqələndirilən dörd köməkçi qala inşa edilmişdir. Bu kənar divar quyunun da daxil olduğu həyəti əmələ gətirmişdir. Dəmir dövründə yeddi ləçəkli (heptalobat) asma divar kompleksə əlavə olundu.
Su Naraksi di Baruminidə Nuraq (foto: Royonx, CC BY-SA 3.0)
Tunc Dövrünün "Son" Tunc dövrü adlanan sonrakı mərhələlərində (eramızdan əvvəl 20-ci əsrdən 9-cu əsrə qədər) nuraq kompleksinin xarici divarlarından kənarda təxminən 200 komadan ibarət kənd meydana gəlmişdir. Bu komalardan bəzilərində ritual fəaliyyətin sübutları və həmçinin nuraqın tuncdan olan modeli də tapılmışdır. Ritual fəaliyyət və yaşayış yerlərinin qurulması ilə bağlı bəzi sübutlar Dəmir Dövründə (e.ə. doqquz- yeddinci əsrlər) də bu kənddə yaşayış olduğunu göstərirdi. Bu kompleks Dəmir Dövrünün sonunda geniş yayılmış dağıntıya məruz qalmışdır. SOnrakı Pun və Roma mərhələlərində bu ərazinin bəzi hissələrində yenidən yaşayış mövcud olmuşdur və bizim ermızının yeddinci əsrinə qədər burada ara-sıra baş verən işğallara dair sübutlar tapılmışdır.
Ərazi müdafiə xarakterli və tamamilə ənənəvi olduğu qənaətinə gələn arxeoloq Covanni Lilliu (1914-2012) tərəfindən burada qazıntı işləri aparılmışdır. Ərazi 1997-ci ildə UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil olmuşdur.
Nuraq sivilizasiyası və nuraqların özləri hələ də müəyyən dərəcədə müəmmalı olaraq qalırlar, lakin bu memarlıq ənənəsinin Aralıq dənizində dərin kök saldığı aydındıır. Maddi mədəniyyət sübutları vasitəsilə Sardinya mədəniyyətinin etrusk və italiyalıların Sardiniyalıların digərlərilə yanaşı, metalişləmə və memarlıq ənənələrindən ilhamlandığı İtalyan materikinə təsirini aydın görmək mümkündür.

Əlavə mənbələr:

Enrico Atzeni and Giovanni Pugliese Carratelli, Ichnussa: la Sardegna dalle origini all’età classica (Milan: Libri Scheiwiller, 1981).
Miriam S. Balmuth, “The Nuraghi Towers of Sardinia,” Archaeology, vol. 34, No. 2 (March/April 1981), pp. 35-43.
Emma Blake, “Sardinia’s Nuraghi: Four Millennia of Becoming,” World Archaeology, vol. 30, no. 1, The Past in the Past: The Reuse of Ancient Monuments (Jun., 1998), pp. 59-71.
Emma Blake, “Constructing a Nuragic Locale: The Spatial Relationship between Tombs and Towers in Bronze Age Sardinia,” American Journal of Archaeology, vol. 105, No. 2 (April 2001), pp. 145-161.
Emma Blake, Social Networks and Regional Identity in Bronze Age Italy (Cambridge: Cambridge University Press, 2014).
W. G. Cavanagh, R. R. Laxton, S. Bafico, and G. Rossi, “An Investigation into the Construction of Sardinian Nuraghi,” Papers of the British School at Rome, Vol. 55 (1987), pp. 1-74.
Stephen L. Dyson and Robert J. Rowland, Shepherds, Sailors, and Conquerors: Archeology and History in Sardinia from the Stone Age to the Middle Ages (Philadelphia: University of Pennsylvania, Museum of Archeology and Anthropology, 2007).
R. Ross Holloway, “Nuragic Tower Models and Ancestral Memory,” Memoirs of the American Academy in Rome, vol. 46 (2001), pp. 1-9
Ciovanni Lilliu, “Il nuraghe di Barumini e la stratigrafia nuragica,” Studi Sardi 12-13.1 (1955) pp. 137-469.
Ciovanni Lilliu, La civiltà dei sardi: dal neolitico all’età dei nuraghi (Turin: ERI, 1963).