If you're seeing this message, it means we're having trouble loading external resources on our website.

Əgər vebsayt filtrindən istifadə edirsinizsə *.kastatic.org*.kasandbox.org domenlərinin əngəllənməmiş olduğundan əmin olun.

Əsas məzmun

Tadrart Akakusdakı Qayaüstü sənət abidələri: arxa plan

Doktor Naraelle Hohense tərəfindən
Qayaüstü təsvirlər, Tadrart Akakus bölgəsi, Liviya, 12,000 B.E.Ə. dən 100 B.E.
Qayaüstü təsvirlər, Tadrart Akakus bölgəsi, Liviya, eradan əvvəl 12-ci minillikdən eramizin 100'ə qədər (photo: Luca Galuzzi, CC BY-SA 2.5)
Tadrart Akakusda yerləşən qayaüstü təsvirləri 14.000 il ərzində cənubi Liviya səhralarında qorunub saxlanmışdır, ancaq indi onlar ciddi təhdid altındadır. 2009-cu ildən bəri, vandalizm davam edən problem olmuşdur: çoxlu sayda təsvirlərin üzəri qrafiti sprey boyayla boyanmışdır və insanlar öz inisiallarını qayaların üzərində həkk etmişlər. Ancaq, YUNESKO’nun və digər təşkilatların höküməti qoruma və bərpa işlərinə müdaxilə etməyə çağırmasına baxmayaraq bu qiymətli qədim ərazinin qorunma cəhdlərinə silahli münaqişələr və siyasi xaoslar ciddi maneə törətmişdir.
Liviya 2011 -ci ildə Muammər Qəddafinin devrilməsi ilə siyasi inqilab yaşadı və həmin vaxtdan bəri ölkə vətəndaş müharibəsi şəraitindədir. Tadrar Akakus dağlarında uzun müddət işləmiş Roma Sapienze Universitetinin arxeoloqu Savino De Lernia əvvəllər turistlərin məskəni olan bu ərazinin necə təhlükəli olduğunu açıqlamışdır :
Bu günlərdə bu ərazi əlçatmazdır: Tripoli və yaxın şəhər Qatı birləşdirən heç bir ticari uçuş yoxdur (həftədə bir dəfə hərbi təyyarə ərzaq, zəruri ehtiyaclar və ilk tibbi yardım vasitələri gətirir). Qat və Ubari arasındakı asfalt yol dağılmış və Tebu və Tuareq tayfaları arasındakı münaqişələr getdikcə əraziyə daha çox təsir edir... Bu günlərdə Sahara arxeoloqu olmaq çətin işdir. Tədqiqatçılar girov götürülməkdən və öldürülməkdən qorxurlar.
Yerli tur bələdçisi olan Yəhya Saleh kədərlənərək bildirir ki, indi bu ərazidə yerli ovçular öz adlarını bu sənətin üzərinə cızma- qara edirlər: “insanlar bunun dəyərini bilmirlər. Bu əraziləri qorumaq üçün insanlar olmalıdır, çünki əgər bu problem davam edərsə, bu ərazilər iki il ərzində yox olub gedəcək.”
Tadrart Akakus bölgələrində davam edən vandalizm Liviyanın mədəni irsin qorunmasi ilə bağlı üzləşdiyi bir çox çətinliklərdən yalnızca biridir. Di Lernia notlarinda qeyd etdiyi kimi.
Liviyanin rəngarəng mədəni irsi üçün bəlkədə ən böyük təhlükə, mənfəət və ya radikal qrupları maliyələşdirmək üçün arxeoloji materialların alveridir... Heç kim Liviyadakı vəziyyəti tam qiymətləndirə bilmədi. Əl qumbaralarının qara tüstüləri arasında işə gedən Əntiq Əsərlər Şöbəsindən olan qadın və kişilər əllərindən gələni edirlər. Ancaq muzeylər bağlıdır və bu sahədə qalan kiçik fəaliyyət isə şimal ərazi ilə məhdudlaşır.
Liviyada müharibə bitənə kimi və arxeoloqlar Tadrart Akakus qayaüstü təsvirləri kimi digər yerləri də mühafizə və bərpa olunması yönümdə dövlətlə və beynəlxalq təşkilatlarla birlikdə yenidən effektiv şəkildə işləyə bilməsələr, Liviyanın zəngin abidələri və əsərləri təhlükə altında olmaqda davam edir.

Əlavə mənbələr: