If you're seeing this message, it means we're having trouble loading external resources on our website.

Əgər vebsayt filtrindən istifadə edirsinizsə *.kastatic.org*.kasandbox.org domenlərinin əngəllənməmiş olduğundan əmin olun.

Əsas məzmun

Stounhenc

Stounhenc, Solsberi Düzənliyi, Uiltşr, İngiltərə, təxminən eradan 2550-1600 il əvvəl, çevrənin diametri 97 fut , trilitonlar: 24 fut hündürlüyündə ( foto: Maedin Tureaud)
Stounhenc, Solsberi Düzənliyi, Uiltşr, İngiltərə, təxminən eradan 2550-1600 il əvvəl, çevrənin diametri 97 fut , trilitonlar: 24 fut hündürlüyündə ( foto: Maedin Tureaud)
İngiltərənin Solsberi düzənliyindəki Stounhenc, Neolit dünyasının ən çox tanınan və hər il bir milyondan çox ziyarətçisi olan ən məşhur abidələrdən biridir. İnsanların Stounhencə axın etməsinin əsas səbəbləri onun inanılmaz dərəcədə böyük və qədimi olmasıdır. Bəziləri buraya tarixəqədərki keçmişlə əlaqəni araşdırmaq, bəziləri isə böyük bir astronomik rəsədxananın işlərinə şahid olmaq üçün gəlirlər. Eramızdan əvvəl dördüncü minillikdə yaşayan, Stounehenc üzərində işləməyə başlayan insanlar Qədim Misirin ilk sülalələri ilə çağdaş idilər və onların səyləri Ehramların tikintisini tarix olaraq qabaqlayır. Onların yaratdıqları minilliklərə tab gətirmişdir və bu gün də bizi maraqlandırmağa davam etməkdədir.

Birinci faza

Havadan görünüş, Stounhenc, Solsberi düzənliyi , Uiltşr, İngiltərə, eramızdan təxminən 2550-1600 il əvvəl, çevrə diametri 97 fut, trilitonlar: 24 fut hündürlüyündə (foto: timeyres, CC BY-SA 2.0)
Havadan görünüş, 2014, Stounhenc, Solsberi Düzənliyi, Uiltşr, İngiltərə, təxminən eradan 2550-1600 il əvvəl, çevrə diametri 97 fut, trilitonlar: 24 fut hündürlüyündə (foto: timeyres, CC BY-SA 2.0)
Faktiki olaraq, bu gün gördüyümüz ən azı üç tikinti fazasının nəticəsi olmasına baxmayaraq, bu mərhələlərin tam olaraq necə və nə vaxt yarandığı barədə hələ də arxeoloqlar arasında çoxlu mübahisələr mövcuddur. Ümumiyyətlə qəbul edilmişdir ki, Stounhencdəki tikintinin birinci fazası şimal-şərqə böyük giriş və cənuba kiçik giriş ilə 360 fut diametrində içərisində bir yığın palçıqla təxminən altı metr dərinliyində böyük dairəvi xəndəyin qazılması ilə eramızdan əvvəl 3100-cü illərdə baş tutmuşdur. Bu dairəvi xəndək və yuva birlikdə henc adlanır. Hencin daxilində hər birinin çevrə diametri 3 futdan bir az çox olan 56 çuxur qazılmışdır, onları ilk dəfə aşkar edən 17-ci əsr ingilis arxeoloqu Con Obridən sonra Obri dəlikləri adlandırılırdı. Güman edilirki, bu dəliklər əvvəlcədən şaquli mavi daşlar və ya taxta tirlərlə doldurulmuşdur. Əgər bu, Obri dəliklərini dolduran mavi daşlar idisə, hər birinin ağırlığı 2 və 4 ton arasında olduğu üçün və 250 mil uzaqlıqdakı Uelsdən, Preseli Hillsdan daşındığı üçün kifayət qədər səy tələb edirdi.

İkinci faza

Stonuhencdə işin ikinci fazası təxminən 100-200 il sonra baş tutmuşdur və hencin mərkəzində, həmçinin şimal-şərq və cənub girişləri yaxınlığında ehtimal ki, dam örtük quruluşlu, şaquli taxta sütunların, quraşdırılmasını əhatə edirdi. Təəccüblüdür ki, bu Stounehencdən ikinci faza müddətində də dəfn üçün istifadə olunurdu. Obri dəliyindən ən azı 25 boşaldıldı, kremasiya dəfnlərini keçirmək üçün təkrar istifadə olundu və daha 30 kremasiya dəfn çuxurları hencin xəndəyinin daxilində və hencin çevrəsinin şərq hissəsində qazıldı.

Üçüncü faza

Stounhencdə tikintinin üçüncü fazası təxminən 400-500 il sonra baş verdi və ehtimal ki, uzun müddət davam etdi. Bu mərhələdə Obri dəliklərində yerləşdirilən qalan mavi daşlar və ya taxta tirlər çıxarılmış və 30 nəhəng və möhkəm sarsen daşlarından ibarət diametri 108 fut olan çevrə hencin daxilində ucaldılmışdı; bunlar Malboro Daunsdan gətirilmişdir. Bu dik sarsen daşlar 30 daş bəndlə örtülmüşdü.
Sarsen dairəsinin daxili və ön planda mavi daşlar, Stounehenc, Slsberi düzənliyi, Uiltşr, İngiltərə, təxminən eradan əvvəl 2550-1600 il, çevrənin diametri 97 fut, trilitonlar: 24 fut hündürlüyündədir.
Sarsen dairəsinin daxili və ön planda mavi daşlar, Stounehenc, Slsberi düzənliyi, Uiltşr, İngiltərə, təxminən eradan əvvəl 2550-1600 il, çevrənin diametri 97 fut, trilitonlar: 24 fut hündürlüyündədir.
Hər dayanan daş 13 fut hündürlükdə, təxminən yeddi fut enində və 25 ton ağırlığında idi. Bu daşlar halqası 45 fut aralıda nalvari formada quraşdırılmış, beş sarsen trilitonlarla hasarlanmışdır (triliton üst qatı bənd daşla əhatə olunan bir cüt şaquli daşlardır). Bu nəhəng daşların, on şaquli və beş bəndlərin hər biri 50 tona qədər çəkidədir. Həm yenidən quraşdırılmış, həm də təzə çıxarılmış mavi daşlar bir çevrədə - yarısı xarici sarsen çevrəsində, o biri yarısı isə sarsen nalın içərisində ucaldılmışdır. Mərhələnin sonunda mavi daşların bir qədər yenidənqurması olur, həmçinin təxmini 34 metr aralıdakı xarici xəndəkli paralel kənardan ibarət, şimal-şərqindəki girişindən Stounhencə apararaq, cənuba və nəhayət Avon çayının sahilinə qədər enən uzun prosessual prospektin qurulması aiddir.

Suallar

Stounhenc, Solsberi Düzənliyi, Uiltşr, İngiltərə, təxminən eradan əvvəl 2550-1600 il, çevrənin diametri 97 fut, trilitonlar: 24 fut hündürlüyündədir
Stounhenc, Solsberi Düzənliyi, Uiltşr, İngiltərə, təxminən eradan əvvəl 2550-1600 il, çevrənin diametri 97 fut, trilitonlar: 24 fut hündürlüyündədir (foto: Stonehenge Stone Circle, CC BY 2.0)
Stounhencin inşasının hər 3 mərhələsi maraqlı suallar yaradır. İşin birinci fazası dəqiq plan və çox miqdarda əmək tələb edirdi. Henci kim planlamışdı və bu quraşdırmada kimlərin birlikdə işləməsini tərtib etmişdi? Təəssüf ki, Stounhenci kimin inşa etdiyi barədə məlumatla təmin edə biləcək Neolit kəndlərinin qalıqları azdır, ehtimal ki, çoxu Tunc dövrü, Roma, Orta əsrlər, müasir şəhərlərin altında qalıb. Tədqiq edilən bir neçə kəndlər geniş fərqlənən sosial statusun azsaylı dəlili ilə sadə əkinçilik obalarını göstərir. Əgər insanları Stounhencin birinci mərhələsini tikmək üçün birlikdə işləməyə inandıran və ya məcbur edən liderlər, ya da sosial sinif var idisə, biz onları tapa bilməmişik. Bu həm də, böyük ehtimal, Stounhencin qurulmasının birinci mərhələsinin eqalitar cəhd, qədim dünya üçün olduqca qeyri-adi olduğu mənasını verir.
Stonehegenin ikinci mərhələsi ərəfəsində dəfn olunan insanlar kim idi? Bu sümüklərin son analizləri ortaya çıxardı ki, demək olar ki, bütün dəfnlər 25-40 yaşlarda, yaxşı sağlamlıqda və az ağır əmək, ya da xəstəlik əlamətləri olan yetkin kişilər idi. Şübhəsiz ki, Stounhencdə basdırılmaq elit statusun bir işarəsi idi və bu qalıqlar Vindzorun Evinə qədər uzanan, idarəetmə ənənəsi olan ada, Böyük Britaniyanın ilk siyasi liderlərinin bəzilərininki ola bilər. Onlar həm də bizə göstərir ki, bu erada sosial fərqlənmənin bəzi vasitələri arzuolunan olmalı idi.

Nəticələr

Bununla birlikdə, Stounhenc quruluşunun uzun olan üçüncü mərhələsində əldə olunan iş çox diqqətəlayiq və dözümlüdür. Stounhencin birinci mərhələsi kimi, daha böyük miqyas xaricində, üçüncü faza böyük planlama və əməyin təşkilini əhatə edirdi. Lakin bu, xüsusilə də çox sərt daş üzərində işləmədə tamamilə yeni texniki inkişaf səviyyəsinə səbəb oldu. Məsələn, sarsen daşların xarici halqasıyla üstlənən üfüqi bənd daşlar onlara zivanalı birləşmənin köməyi ilə bərkidilmişdir, daha sonra müasir taxtaişləmədə istifadə olunan taxma və tikanlı birləşmədən istifadə edərək bir-birlərinə uyğunlaşdırılmışdır.
Hər bir şaquli sarsen hər tərəfdən müxtəlif cür sarılmışdı, daxildən görünən tərəf xaricdən daha hamar şəkildə tamamlanmışdır. Üstəlik, sarsenlərin xarici halqasındakı daşlar Solsberi Düzənliyinin parlaq çalarlarınının böyük daşlarına qarşı insan gözünün necə müşahidə etdiyinə uyğun olaraq dəyişdirilmişdir; şaquli daşlar yumşaq şəkildə yuxarıya doğru genişləndirilmişdi, bu da torpaqdan baxış zamanı onların kütlələrini sabit hala gətirir.
Bənd daşları da hencin çevrəsinə əks-səda vermək üçün bir az əyri olur. Trilitonların nalındakı daşlar ölçüsünə görə düzülmüşdür; ən kiçik cüt trilitonlar təxminən 20 fut hündürlükdə, növbəti cüt bir az hündür və cənub-qərb küncündəki ən böyük, tək triliton 24 fut hündürlükdədir. Bu effekt bir növ abidənin içərisinə çəkiş yaradır və nalın xarici şimal-şərq görünüşünü dramatikləşdirir. Çoxlu nəzəriyyələr olmasına baxmayaraq, hələ də bu incə düzülüşlərin Stounhecə necə və niyə edildiyi bilinmir, amma onların mövcudluğu mütəşəkkil liderli təcrübəli cəmiyyətin və çoxlu boş vaxtın olmasına dəqiq sübutdur.

Günəş və Ay Təqvimi?

Əlbəttə ki, Stounhencin ən məşhur tərəfi onun günəş və ay təqvimi ilə olan əlaqəsidir. Bu fikir ilk dəfə 18-ci əsrin alimləri tərəfindən irəli sürülmüş və qeyd edilmişdir ki, yayda ilin ən uzun günündə günəşin doguşu, abidənin içərisindəki trilitonların at nalı hissəsinin sonu ilə haşiyələnir və tam olaraq bunun əksinə, qışda ilin ən qısa gününün qürubunda, günəş at nalının ortasında hizalanır. İlin ən uzun və ən qısa günləri olan bu tarixlər illik təqvimin iki böyük mövsümi dövrünün dönüş nöqtəsidir. Bu kəşfdən sonra astronomik müşahidəyə dair bir neçə digər nəzəriyyələr də təklif edilmiş, lakin çox az hissəsi abidənin fiziki detalları ilə yoxlandıqda uyğun gəlir.
İnşanın müəllifi : Dr. Senta German

"Khan Academy" video yığan
"Khan Academy" video yığan
"Khan Academy" video yığan

Əlavə mənbələr: