Əsas məzmun
Tarixəqədərki incəsənət
Course: Tarixəqədərki incəsənət > Unit 1
Lesson 2: Paleolit dövrünə aid obyektlərApollon 11 daşları
Natali Hager tərəfindən hazırlanmış esse
Önəmli kəşf
Təqribən 25.000 il əvvəl Afrikanın cənub-qərb sahilində yerləşən Namibiyanın Hun dağlarının (hazırda Ai-Ais Rixtersveld Transsərhəd Parkının hissəsi) qayalıqlarındakı sığınıcaqda əl böyüklüyündə daş üzərində kömürlə heyvan rəsmi çəkilib. Bu daş zamanla unudulmuş və Alman arxeoloq V.E.Vendtin rəhbərlik etdiyi komandanın qayalıqlardan sığınacağı kəşf edib ilk fraqmenti (yuxarıda, solda) tapması ilə 1969-cu ilə qədər mağaranın içində laylar arasında itib-batmışdır. Vendt, qısadalğalı radiosunda NASA-nın aya uğurlu kosmik missiyasını eşitdikdən sonra mağaraya "Apollon 11" adını verdi. Lakin, üzərindən üç ildən çox vaxt keçdikdə və növbəti qazıntıdan sonra Vendt uyğun parçanı (yuxarıda, sağda) kəşf etdikdə arxeoloqlar və sənətşünaslar tapıntının əhəmiyyətini başa düşməyə başladılar.
Tarixin dolayı üsullarla müəyyənləşdirilməsi
Ümumilikdə yeddi hissədən ibarət olan qəhvəyi-boz kvarsitin üzərində bəziləri kömür, oxra və ağ rəngdə heyvan fiqurlarının izləri təsvir olunmuş daş parçaları mağara döşəmənin konsentrasiya edilmiş iki metrdən az ərazisində basdırılmışdır. Fraqmentlərin həqiqi tarixini öyrənmək mümkün olmasa da, qayaların tapıldıqları arxeoloji təbəqəni müəyyən edən radiokarbonla basdırıldığını təxmin etmək mümkündür. Arxeoloqlar qeyd edir ki, mağara daşlarının 25 500 - 25,300 il əvvəl Afrikanın cənubunda Orta Daş dövründə basdırılıb və kəşf edildikdə bu, Afrika qitəsində tanınan ən qədim tarixli sənət əsərlərindən, dünyada isə insanın bədii ifadəsinin qədim dəlillərindən biridir
Qədim insanın bədii cəhdlərindən yaranan əsərlərin nisbətən yeni kəşfləri bizim bu barədə anlayışımızı formalaşdırsa da (2008-ci ildə Afrikanın cənub sahilindəki Blombos mağarasında 100.000 illik boya emalatxanasının kəşfinə baxın), daşlar Afrika qitəsi təsviri sənətinin ən qədim nümunələri olaraq qalmağa davam edir. Onların kəşfi, formal yazının kəşfindən öncə, ətrafdakı dünya haqqında düşüncələri ifadə etmək üçün bəşəriyyətin ilkin yaradıcılıq cəhdlərinə töhfə verir.
Sənətin başlanğıcı?
Genetik və fosil dəlillər onu göstərir ki, Homosapienlər (əvvəllər hominidlərin bir növündən yaranan anatomik olaraq müasir insanlar) 100.000 il bundan əvvəl Afrikada inkişaf etmiş və bütün dünyaya yayılmışdır. Lakin bizə məlum olmayan, yaxud fərziyyələrimizə əsasən, incəsənətin də Afrikada başlamasıdır. Bəşəriyyətin yarandığı Afrika, dünyanın ən qədim sənətin meydana gəldiyi məkandır mı? Əgər belədirsə, incəsənətin Afrikada başladığını söyləyə bilərikmi?
100,000 illik bəşəriyyət
Bir zamanlar vadi boyunca axan çay yatağının üstündən iyirmi metr yuxarıda yerləşən Apollon 11 mağarasından quru dərəni görmək mümkündür. Mağaranın girişi təqribən iyirmi səkkiz metr enliliyindədir, dərinliyi isə on bir metrdir. Hazırda mağaranın yalnız ön qismində bir nəfər dik dayana bilərsə, Orta Daş dövründə, eləcədə bu dövrdən əvvəl və sonrakı vaxtlarda bu mağara insanların aktiv məskunlaşdığı yer hesab olunurdu.
Mağaranın içində, Apollon 11 daşlarının tapıldığı təbəqənin üstündə və altında, arxeoloqlar 100.000 ildən çox insan mövcudluğunu təmsil edən bir sıra mədəniyyət əsərlərinin olduğu təbəqələr aşkar ediblər. Bu təbəqələrdə Orta Daş dövrünə aid bu bölgəyə xas olmayan xammaldan hazırlanmış məsələn, bıçaq, itiuclu parçalar və qazıyıcı alətlər kimi daş nümunələri tapılmışdı, bu isə hazırlanan daş alətlərin uzaq məsafələrə aparılmasından xəbər verirdi. Ocaqların qalıqları arasında qırmızı rəngli izlər olan dəvəquşu yumurta qabığı parçaları da tapıldı, onlar ya bəzəkli rəsmin qalıqları, ya da yumurta qabığının piqment üçün qab kimi istifadə olunduğuna dair sübutlar mövcuddur.
Mağara divarlarında Daş dövründən sonrakı dövrə aid ağ və qırmızı ziqzaqlar, iki əl izi, üç həndəsi təsvir əks olunmuş qayaüstü rəsmlər və rəng izləri aşkar edilmişdir. Mağaranın üstündən keçən çay yatağının sahillərində müxtəlif heyvanların oymalarına, bəziləri yuxarı uzanan ziqzaq xətlərinə rast gəlinmiş və 2000 il əvvələ aid edilmişdir.
Apollon 11 Mağara Daşları
Ancaq qaya sığınacağın ən məşhur və ən mürəkkəb olduğu Apollon 11 mağara daşlarıdır (yuxarıdakı şəkil). Bir vaxtlar bütöv olan daş lövhənin üzərində pişiyə bənzəyən, lakin sonradan əlavə edildiyi ehtimal olunan insan ayaqları ilə naməlum bir heyvan təsviri çəkilmişdir. Heyvanın başında, çox güman, böyük antilop Köpgəröküzünkünə bənzər az seçilən əyri buynuzlar güclə görünür, onun gövdəsinin alt hissəsində isə yəqin ki, boşbuynuzlulara məxsus cinsi orqan mövcuddur.
Bəlkə də bu, bir növ fövqəltəbii varlıqdır - teriantrop, yarı-insan, yarı- heyvan? Əgər belədirsə, bu, şamanist inancın mürəkkəb bir sistemini irəli sürə bilər. Sonradan çəkilən qayaüstü rəsmlər və oymalarla birlikdə Apollon 11 sadəcə elementləri özündə saxlayan mağaradan daha çox məna qazanır və dini əhəmiyyətə malik min illər boyu istifadə edilmiş məkana çevrilir.
Dünyada incəsənətin başlanğıcı
Cənubi Afrikadakı Orta Daş dövrü dövründə, ibtidai insan, yemək və sığınacaq tapmaq üçün bir yerdən başqa yerə köçən ovçu-yığıcı idi. Ancaq müasir insan həm də kömür vasitəsi ilə heyvan təsvirlərini göründüyü kimi çəkirdi. Apollon 11 mağara daşlarının bu qədər maraqlı görünməsini şərtləndirən budur: daşlar Orta Daş dövründəki homosapiensin, yəni bizim təxminən 25000 il əvvəl - təkcə anatomik deyil, həm də davranış baxımından da müasir olduğunu sübut edir. Yəni bu erkən insanlar müasir simvolik düşüncə üçün yeni və bənzərsiz bir qabiliyyətə, yəni "insan qabiliyyətinə" sahib idilər.
Mağara daşlarını, arxeoloqlar daşınan incəsənət- hərəkətə gətirilə bilən kiçik miqyaslı ibtidai sənət əsərləridir. Ancaq daşınan sənət və ümumiyyətlə qaya sənəti yalnız Afrikaya məxsus deyil. Qaya sənəti bütün dünyada - Avropada, Asiyada, Avstraliyada, Şimali və Cənubi Amerikada tapıla biləcək qlobal hadisədir. İnsanın yaradıcılığının və təxəyyülünün məhsulu kimi sənətə diqqət yetirərək bu ibtidai insanların yaratdıqları əsərlərdə nəyi nəzərdə tutduqlarını müəyyənləşdirə bilməsək də, sənətin harada yarandığını araşdırmağa və niyə yarandığını fərz etməyə başlaya bilərik.
Natali Hager tərəfindən hazırlanan esse
Əlavə mənbələr:
Ralf Vogelsang, “The Rock-Shelter “Apollo 11” - Evidence of Early Modern Humans in South-Western Namibia,” In Heritage and Cultures in Modern Namibia - In-depth Views of the Country, edited by Cornelia Limpricht and Megan Biesele (Göttingen, Windhoek-Namibia: Klaus Hess Publishers, 2008), pp. 183-196.
W. E. Wendt, “‘Art Mobilier' from the Apollo 11 Cave, South West Africa: Africa’s Oldest Dated Works of Art,” The South African Archaeological Bulletin vol. 31, no. 121/122 (1976), pp. 5-11.
Söhbətə qoşulmaq istəyirsiniz?
Hələ ismarış yoxdur.