If you're seeing this message, it means we're having trouble loading external resources on our website.

Əgər vebsayt filtrindən istifadə edirsinizsə *.kastatic.org*.kasandbox.org domenlərinin əngəllənməmiş olduğundan əmin olun.

Əsas məzmun

Afrikada qayaüstü sənətinin mənşəyi

Heyvanları təsvir edən kvarsit lövhələr, Apollo 11 mağarası, Namibiya. Təsvir Namibiya Dövlət Muzeyinin icazəsi ilədir.
Heyvanları təsvir edən kvarsit lövhələr, Apollo 11 mağarası, Namibiya. B.E.Ə. 25,500–25,300. Təsvir Namibiya Dövlət Muzeyinin icazəsi ilədir.

Qayaüstü təsvirlər və Afrikada incəsənətin mənşəyi

Afrikadakı ən qədim elmi tarixə söykənən qaya sənəti təqribən 26,000-28,000 il əvvələ aiddir və Namibiyada tapılmışdır.
1969 ilə 1972 arasında alman arxeoloqu V.E. Vendt, yerlilər arasında "Goachanas" olaraq bilinən bir ərazidə araşdırma aparır, NASA-nın uğurlu aya eniş missiyasından sonra Apollo 11 adlandırdığı mağarada bir neçə boyalı lövhəni qazaraq çıxardı.
Kömür, oxra və ağ rənglə boyanan müxtəlif heyvanların təsvir olunduğu qəhvəyi-boz kvarsitdən ibarət yeddi daş lövhə Orta Daş dövrü yatağında (100,000–60,000 il əvvəl) yerləşirdi. Bu təsvirlər növlər səviyyəsində asanlıqla tanına bilməz, lakin fərqli olaraq pişikkimilər və / və ya boşbuynuzlular (öküzkimilər) kimi şərh edilmişdir; biri xüsusilə, təsvirlərin çoxmənalı xarakterini nümayiş etdirərək ya zebra, zürafə və ya dəvəquşu kimi müşahidə edilmişdir.

İncəsənət və müasir düşüncəmiz

Apollo 11 lövhəsləri Afrikadakı ən qədim kəşf edilmiş incəsənət nümunələri olsa da, bu incəsənət tarixinin başlanğıcı deyil. Genetik və fosil dəlillərlə anatomik olaraq müasir insanların (Homo sapiens sapiens) 100.000 il əvvəl Afrikada inkişaf etdiyi artıq yaxşı bir şəkildə təsdiq edilmişdir; bunlardan kiçik bir qrup təxminən 60.000-80.000 il əvvəl Qitəni tərk etdi və bütün dünyada yayıldı.
Bu yaxınlarda kəşf edilmiş naxışlı daş, oxra və dəvəquşu yumurtasının nümunələri, habelə Orta Daş dövrü Afrikasından yaranan fərdi bəzək əşyalarının sübutları "incəsənət"- in təkcə əvvəllər düşünüldüyündən daha köhnə bir hadisə olmadığını, eyni zamanda, Afrika qitəsində kökləri olduğunu göstərir. Afrika ortaq bir insanlığı paylaşdığımız yerdir.
Afrikadakı 100.000 ilə 60.000 il arasındakı "incəsənət" adlandıra biləcəyimiz ilk nümunələr iki fərqli formada ortaya çıxır: ipliklərdə asılmış balıq qulaqları şəklində şəxsi bəzək əşyaları, kəsilmiş və oyulmuş daş, oxra və dəvəquşu yumurtaları. Bəzi yerlərin 8000 km və 40,000 il bir-birindən uzaq olmasına baxmayaraq, ən qədim sənətin maraqlı xüsusiyyəti ilk formalarının olduqca oxşar görünməsidir. Burada qeyd etmək lazımdır ki, bu baxımdan "incəsənət" termini olduqca problemlidir, çünki 100.000 il əvvəl və ya hətta 10,000 il əvvəl yaşayan insanların incəsənət anlayışını bizim etdiyimiz şəkildə, xüsusilə müasir Qərb düşüncəsilə eyni şəkildə anladığını düşünə bilmərik. Ancaq burada məqsədlərimiz üçün faydalı ümumi bir termin olaraq qalır.

Naxış və dizayn

Blombos mağarasından çərtilmiş oxra, Cənubi Afrika. Şəkil: Kris S.Henşilvud © Chris. S. Henshilwood
Blombos mağarasından çərtilmiş oxra, Cənubi Afrika. Şəkil: Kris S.Henşilvud © Chris. S. Henshilwood
Sahara qaya sənətində təqribən 12000 il əvvəl ortaya çıxan oyma və ya cızma təcrübəsinin, daha əvvəllər, 100.000 il əvvəl sələfləri vardır. Afrikanın cənubundakı yerlərdə oyulmuş və cızılmış daş, sümük, oxra və dəvəquşu yumurtaları tapılmışdır. Bu işarələnmiş nümunələr dizaynın ifadəsində, çarpazlaşan naxış kimi təsnif edilmiş naxışları nümayiş etdirilməsində xüsusiyyətləri bölüşür.
Oxra üzərində çarpaz xəttlə oyulmuş naxışlı ən ikonik və yaxşı tanınan ərazilərdən biri, Cənubi Afrikanın cənubi Cape burnunda Blombos Mağarasıdır. ODD (Orta Daş dövrü) səviyyəsindən əldə edilən 8500-dən çox oxra parçasından 15-i oyma dəlillərini göstərir. Bunlardan ikisi, 77.000 il əvvələ aiddir, çarpaz xətt dizaynına görə daha çox diqqət çəkib.
Bir çox arxeoloq üçün, Blombosdakı oxra parçaları erkən mücərrəd təsvirlər üçün ən mürəkkəb və ən yaxşı şəkildə əmələ gəlmiş dəlildir və simvolik düşüncə və dil üçün birmənalı sübutdur. Simvolik bir növ olduğumuz və tam sintaktik bir dil əldə etdiyimizlə bağlı mübahisə - arxeoloqların 'müasir insan davranışı' termini - mürəkkəb və mübahisəlidir. Bu çarpaz xətt naxışlar nümunələrinin simvolik düşüncənin əyani sübutu olduğu təklif edilmişdir, çünki motivlər təsviri deyildir və buna görə də mədəni quruluşa və ixtiyari quruluşa malikdir. Üstəlik, bu motivin mənasını başqalarına çatdırmaq üçün dil şərtdir.
Blombos oymaları tək hal deyil, çünki bu cür dizaynların mövcudluğu Cənubi Afrikanın yarıdan çox digər yerində baş verir və bu naxışın həqiqətən müəyyən dərəcədə vacib olduğunu və idiosinkratik davranışın nəticəsi olmadığını irəli sürür. Bununla yanaşı, bəzi alimlər üçün naxışın simvolik olması barədə fikir o qədər də müəyyən deyil. Nümunələr əslində bir məna verə bilər, lakin bu məna ya oxşarlıq (işarə) ya da korrelyasiya (indeks) ilə əlaqələndirilir ki, bu da insan idrakını başa düşməyimiz üçün vacibdir.
Diepkloof Qaya Sığınacağının Howiesons limanından eradan əvvəl 60,000 ilə aid həkk edilmiş dəvəquşu yumurta qabığının fraqmentləri, Qərbi Kaap, Cənubi Afrika, Jan-Pyer Texier icazəsi ilə, Diepkloof layihəsi. © Jean-Pierre Texier
Diepkloof Qaya Sığınacağının Howiesons limanından eradan əvvəl 60,000 ilə aid həkk edilmiş dəvəquşu yumurta qabığının fraqmentləri, Qərbi Kaap, Cənubi Afrika, Jan-Pyer Texier icazəsi ilə, Diepkloof layihəsi. © Jean-Pierre Texier
Şəxsi naxışlar və oyma dizaynlar Afrikadakı ən qədim incəsənət dəlilləridir və insan idrakının inkişafı ilə ayrılmaz şəkildə bağlıdır. On minlərlə il ərzində yalnız qabiliyyət yox, vacib olanı görüntüləmək, bəzəmək və yazmaq üçün bir motivasiya var idi. Bu layihə kontekstində maraqlı və aktual bir məsələ, kataloqlaşdırdığımız, təsvir etdiyimiz və araşdırdığımız qaya sənəti Afrika tarixəqədərki dövrə əsaslanan bir ənənədən qaynaqlanmasıdır. Texnikalar və mövzular min illər boyu rezonans doğurur.
Əlavə mənbələr:
© Britaniya Muzeyinin qəyyumları