If you're seeing this message, it means we're having trouble loading external resources on our website.

Əgər vebsayt filtrindən istifadə edirsinizsə *.kastatic.org*.kasandbox.org domenlərinin əngəllənməmiş olduğundan əmin olun.

Əsas məzmun

Paleolit dövrü incəsənəti, giriş

Şove mağarasındakı rəsmin surəti (Antropos muzeyi, Brno)
Fransanın cənubundakı Şove Pon- d'A Dark mağarasındakı rəsmin surəti (Antropos muzeyi, Brno)

Ən qədim incəsənət: ornament

İnsanlar incəsənətlə məşğul olurlar. Biz bunu bir çox səbəbə görə və əlimizdə olan istənilən texnologiya ilə edirik. Afrikanın bir çox yerlərində olduqca qədim, təsvirsiz ornamentlərə rast gəlinmişdir. Əlimizdə olan ən qədim, üzərində tarixi qeyd olunmuş nümunə Mərakeşdə tapılmış üzəri deşikli və qırmızı oxra ilə örtülmüş 82000 illik Nassarius ilbizinin qabığı kolleksiyasıdır. Aşınma naxışları onların muncuqlar kimi hazırlanmış ola biləcəyini göstərir. İsraildə tapılmış Nassarius ilbiz qabığından mucuqların yaşı 100000 ildən çox ola bilər və Cənubi Afrikadakı Blombos mağarasından sadə həndəsi naxışlarla bəzədilmiş deşikli ilbiz qabıqları və xırda oxralı (qırmızı Hematit) nümunələr 75.000 illik çöküntü qatında tapılmışdır.

Ən qədim təsviri sənət

Ən qədim tanınan təsviri sənət nümunəsi Üst Paleolit dövrünün (Paleolit daş dövrü deməkdir) Orinyak mədəniyyətinə aiddir. Avropanın geniş ərazisindəki (əsasən Cənubi Fransa, Şimali İspaniya və Almaniyada yerləşən Şvabiya) arxeoloji tapıntılara mübahisəsiz olaraq erkən təsviri sənətin nümunələri arasında olan Orinyak rəsm və heykəlləri olan iki yüzdən artıq mağaralar daxildir. Bunlardan ən qədimi Cənubi Almaniyada Şelklinqen şəhəri yaxınlığındakı Hole-Fels mağarasından altı fraqmentdə tapılan mamont sümüyündən oyulmuş 2.4 inç hündürlüyündə qadın fiqurudur. O, bizim eradan əvvəl 35,000 il əvvələ aiddir.

Mağaralar

Şove Pon-d'Ark, Lasko, Peş Merl və Altamira mağaraları tarixəqədərki dövrə aid ən tanınmış rəsm və təsvirlərə malikdir. Burada naturalizm və abstraksiyanın mürəkkəb qarışığından istifadə edərək heyvanların və bəzi insanların gözəl yaddaqalan təsvirləri vardır. Paleolit dövr insanlarını araşdıran arxeoloqlar inanırlar ki, 1994-cü ildə Fransanın Ardeş vadisindəki Şove Pon-d'Aark mağarasında aşkar edilən təsvirlər 30,000 ildən çox tarixə malikdir. Lasko və Altamirada tapılan təsvirlər isə günümüzə daha yaxındır, təxminən eramızdan 15,000 əvvələ aiddir. Peş Merldə olan rəsmlər isə eramızdan əvvəl həm 25,000 , həm də 15,000 ilə aid olduğu hesab olunur.

Suallar

Biz bu rəsmlərin yaradıcılıarı haqqında və təsvilərin əslində hansı məna ifadə etdiyi barədə nə bilirik? Cəmi 500 il bundan əvvəl yaradılmış incəsənəti öyrəndikdə bu suallara cavab vermək kifayət qədər çətindir. Bizimlə eyni anatomiyanı bölüşən, lakin kim olduğumuzu formalaşdıran mədəniyyət və dil quruluşunu hələ inkişaf etdirməmiş insanların sənətininin mənasını iddia etmək daha təhlükəlidir. Heç incəsənət tarixinin alətləri tətbiq oluna bilirmi? Burada bizi ayıran 1000-dən çox nəsilləri çökdürən vizual dilin dəlilləri var, amma biz ehtiyatlı olmalıyıq. Bu, biz özümüzü anlamaq üçün həmin incəsənəti yaradan insanları başa düşmək istədiyimizdə xüsusilə belədir. Gördüklərimizə əsaslanan spekulyasiya etmək istəyi və mağaraların fiziki dəlilləri olduqca cəlbedicidir.

Şove Pon-d'Ark

Şove Pon-d'Ark mağarası iki kameralı olub 1000 futdan çox uzunluğa malikdir. Karbon nümunələri iki qarşı qarşıya dayanan kərgədanı (yuxarıdakı sağ şəklə baxın) təsvir etmək məqsədilə istifadə olunan kömürü nümunələrin aşkar olunduğu 1995-ci ilədək , 30,340 və ya 32,410 illərə aid olduğunu göstərir . Mağaranın təsvirlərində digər böyük heyvanlar, o cümlədən atlar, mamontlar, müşk öküzü, dağ keçisi, şimal maralı, zubr, nəhəng maral, panter və bayquş təsvir edilmişdir (alimlər qeyd edirlər ki, bu heyvanlar o zaman insanların qidasının adi hissəsi deyildi). Fotolar göstərir ki, yuxarıda göstərilən təsvir çox diqqətlə işlənilmişdir, amma yanılda bilər. Biz atlar, kərgədanlar və bizonlar qrupunu görürük və biz kəsişən və təhrif edilmişi miqyasda qrup kimi onları görürük. Lakin, foto bu heyvan fiqurlarının ilkin görüntü üsulunu təhrif edir. Fotoqraf tərəfindən istifadə edilən parlaq elektrik işıqlar geniş yastı görünüş yaradır; hər heyvannın alovla saçılan sayrışan işığın altında qaranlıqdan meydana çıxması necə müxtəlif görünür.

Xəbərdarlıq sözü

2009-cu ildə San Dieqo Kaliforniya Universitetindəki təqdimatında, NYU Antropologiya professoru Randell Uayt, yuxarıda təsvir olunan üst-üstə dayanan atların bütün zaman ərzində qaçan, yemək yeyən, yatan və s. səhnələrdə təsvir olunanlar eyni atı təmsil etdiyini təklif etdi.Yəqin ki, bunlar təsəvvür etdiyimizdən daha mürəkkəb təsvirlərdir. Şove Pon-d'Arkda digər bir rəsm var ki, bizi hazır fərziyyələrə qarşı xəbərdar edir. Bu, qadın budları və cinsiyyət orqanları kimi təfsir edilirdi, lakin bizon və aslan rəsmləri də vardır ki, onların təsvirləri bir-biri ilə qarışmışdır. Rəsmlərdən əlavə olaraq, mağara mağara ayısının kəllə və sümükləri və qurd izi ilə doludur. Burada həmçinin səkkiz yaşlı oğlanın ayaq izi də vardır.
Dr. Bet Harris və Dr. Stivn Zuker tərəfindən hazırlanmış esse

Əlavə mənbələr: