If you're seeing this message, it means we're having trouble loading external resources on our website.

Əgər vebsayt filtrindən istifadə edirsinizsə *.kastatic.org*.kasandbox.org domenlərinin əngəllənməmiş olduğundan əmin olun.

Əsas məzmun
Hazırki vaxt:0:00Toplam müddət:5:01

Video transkripsiyası

Gəlin 4/3 çıx 1/5 fərqini hesablayaq və əgər bunu bacarırsınızsa, ilk olaraq özünüz həll etməyə çalışın. Bu məsələyə ilk baxdıqda aydın olur ki, məxrəclər müxtəlifdir. 4/3-dən 1/5-i çıxmaq asan deyil, çünki məxrəclər müxtəlifdir. Ancaq bu iki adi kəsri ortaq məxrəcə gətirməklə misalı həll edə bilərik. Bu iki kəsri ortaq məxrəcə necə gətirə bilərik? 3 və 5-in ortaq bölünəni olmalıdır və biz burada ən kiçik ortaq bölünəni tapmalıyıq. Bunu necə hesablayaq? Bu iki ədəddən ən böyüyü ilə, 5 ilə başlayaq və onun eyni zamanda 3-ə də bölünən ortaq bölünənini tapaq. 5 3-ə bölünmür, 10 da 3-ə bölünmür, 15 isə 3-ə bölünür. 15 = 3 vur 5. Deməli, bu adi kəsrlərin məxrəcinə 15 yaza bilərik. Əvvəlcə 4/3 kəsrinin məxrəcini 15-ə bərabər edək. Məxrəcdə 15 almaq üçün onu 5-ə vurmalıyıq. Əgər məxrəci 5-ə vururuqsa və kəsrin mənasını dəyişmək istəmiriksə, o zaman surəti də 5-ə vurmalıyıq. Deməli, surəti 5-ə vursaq 4 vur 5 = 20. 4/3 20/15-ə bərabərdir. Yaxşı. İndisə 1/5 kəsrinin məxrəcini 15-ə bərabərləşdirək. Məxrəcdə 15 olacaq. Bunun üçün 5-i 3-ə vurmalıyıq. Məxrəci 3-ə vururuqsa, surəti də 3-ə vurmalıyıq. Vur 3. 1 vur 3 = 3. Deməli, 4/3 çıx 1/5 əvəzinə, 20/15 çıx 3/15 yaza bilərik. İndi bunu həll etmək rahat olacaq. Cavab nə olacaq? Bu, 15-də neçəsə verəcək. 20/15 kəsrindən 3/15 çıxmalıyıq. Deməli, əgər 20-dən 3 çıxırıqsa, surətdə 17 qalacaq. Məxrəcdə isə 15. Deməli, cavab 17/15-dir. Bunu tam və kəsr hissə kimi yazası olsaq, 17-də 15 bir dəfədir, qalıq 2 qalır. Deməli, cavab 1 tam 2/15-dir. Başqa nümunəyə baxaq. 7/10 çıx 5/8 fərqini tapaq. 5/8. Videonu dayandıraraq özünüz həll etməyə çalışın. Bu misalda da məxrəclər müxtəlifdir, ancaq ortaq məxrəcə gətirməliyik ki, fərqi tapa bilək. 10 və 8-in ən kiçik ortaq bölünəni neçədir? Əslində ən kiçik olmaya bilər, sadəcə misal belə sadə olacaq. Bu iki qiymətdən böyüyü ilə başlayaq və digər rəqəm olan 8-ə tam bölünən ortaq bölünəni tapaq. 10 8-ə bölünmür, 20 bölünmür, 30 bölünmür, 40 bölünür. 40, 10 və 8-in ortaq bölünənidir. Bu, ən kiçik ortaq bölünəndir. Deməli, hər iki kəsrin məxrəcinə 40 yazmalıyıq. Yəni 40-da neçəsə çıx 40-da neçəsə. 7/10 kəsrinin məxrəcini 40-a gətirək. Bunun üçün məxrəci 4-ə vurmalıyıq. Həmçinin surəti də 4-ə vurmalıyıq. 4 vur 7 = 28. Deməli, 7/10 = 28/40. İndi digər kəsrə baxaq. Məxrəci 40-a gətirmək üçün onu 5-ə vurmalıyıq. 8 vur 5 = 40. Məxrəci 5-ə vururuqsa, surəti də 5-ə vurmalıyıq. 5 vur 5 = 25. Deməli, 7/10 çıx 5/8 ilə 28/40 çıx 25/40 eynidir. Cavab 40-da neçəsə olacaq. 28/40-dan 25/40 çıxdıqda cavab neçə olacaq? Cavab 3/40 olacaq. 28/40 çıx 25/40. Cavab 3/40-dür. 28 çıx 25 = 3. 7/10 çıx 5/8 = 3/40.