If you're seeing this message, it means we're having trouble loading external resources on our website.

Əgər vebsayt filtrindən istifadə edirsinizsə *.kastatic.org*.kasandbox.org domenlərinin əngəllənməmiş olduğundan əmin olun.

Əsas məzmun

Metrik çəki vahidlərinin icmalı (q və kq)

Qram və kiloqramın ölçüsünü və ikisi arasında necə çevriləcəyini nəzərdən keçirin. Sonra bəzi məsələləri məşq edin.

Kütlənin metrik vahidləri

Kütlə cismin ağırlığını ölçmək üçün istifadə olunur. Məsələn, siz tərəzinin üstünə çıxanda öz bədəninizin kütləsini ölçürsünüz.
Ölçünün metrik sistemində kütlənin ən çox istifadə olunan vahidləri qram və kiloqramdır.

Qram nə qədərdir?

Bir kiçik kağız sancağının təxmini kütləsi 1 qramdır:
Bir kağız sancağı.

Kiloqram nə qədərdir?

Taxta bir beyzbol ağacının kütləsi təxminən 1 kiloqramdır:
Beyzbol ağacı
Kütlənin metrik vahidləri haqqında daha çox öyrənmək istəyirsiniz? Bu videonu nəzərdən keçirin.

Tapşırıq toplusu 1: Kütlənin müəyyən edilməsi

Çalışma 1A
Saqqız qutusunun kütləsini ölçmək üçün ən uyğun gələn vahidi müəyyən edin.
Cavablardan birini seçin:

Belə məsələləri daha çox yoxlamaq istəyirsiniz? Bu tapşırığı nəzərdən keçirin.

Kiloqramın qrama çevrilməsi

1 kiloqram=1000 qram
Kiloqramı qrama çevirmək üçün kiloqramların sayını 1,000-ə vururuq.
Nümunə:
8 kiloqram=8×1000=8000 qram

Qramın kiloqrama çevrilməsi

1 qram=11000 kiloqram
Qramı kiloqrama çevirmək üçün qramların sayını 1000-ə bölürük.
Nümunə:
9 q=91000=9÷1000=0.009 kq
Kütlənin metrik vahidlərini bir-birinə çevirmək haqda daha çox öyrənmək istəyirsiniz? Bu videonu nəzərdən keçirin.

Tapşırıq toplusu 2: Kütlənin vahidlərini çevirmək

Çalışma 2A
Çevirin.
7 kiloqram =
  • Cavabınız belə olmalıdır
  • 6 kimi bir tam ədəd
  • 0.75 kimi onluq kəsr
  • 3/5 kimi sadələşdirilmiş düzgün kəsr
  • 7/4 kimi sadələşdirilməmiş düzgün kəsr
  • 1 3/4 kimi qarışıq ədəd
qram

Belə məsələləri daha çox yoxlamaq istəyirsiniz? Bu tapşırıqları nəzərdən keçirin:
Böyük vahidləri daha kiçik vahidlərə çevirmək
Vahidləri bir-birinə çevirmək