If you're seeing this message, it means we're having trouble loading external resources on our website.

Əgər vebsayt filtrindən istifadə edirsinizsə *.kastatic.org*.kasandbox.org domenlərinin əngəllənməmiş olduğundan əmin olun.

Əsas məzmun

Uzunluq ilə bağlı məsələ (ABŞ ölçü vahidi)

Sal uzunluq ilə bağlı məsələləri necə həll etməyi göstərir. Sal Khan tərəfindən yaradıldı.

Video transkripsiyası

Bizə Pərvanənin 85 santimetr uzunluğunda lenti olduğu deyilib. O, dostu Nicata lentinin 19 santimetrlik hissəsini verir. Pərvanənin nə qədər lenti qaldı? Videonu saxlayın və özünüz həll etməyə çalışın. Gəlin birliktə edək. Pərvanənin 85 santimetrlik lenti var idi. Mən bunu diaqram ilə göstərə bilərəm. Məncə bu halda bunu lent diaqramı adlandıra bilərik. Belə hesab edək ki, bu diagramın uzunluğu Pərvanənin lentinin uzunluğunu göstərir. Burada 85 santimetr uzunluğunda lent var. O, dostu Nicata 19 santimetrlik lent verir. Bunu qırmızı ilə edəcəm. 19 santimetrlik hissəni dostuna verir. Verilmiş 19 santimetrlik hissə haqqında düşünə bilərəm. Bunu mükəmməl dəqiqliklə etməsəm də, siz nə etmək istədiyimi anlayırsınız. 19 santimetr bu qədər ola bilər. Bu, Pərvanənin verdiyi 19 santimetrlik hissədir. Pərvanənin nə qədər lenti qaldı? Bu hissə ola bilər. Onun nə qədər lenti qaldığını necə tapa bilərik? Bunu etməyin bir neçə yolu var. Bunu 19 + ? = 85 kimi düşünə bilərsiniz. Gəlin onu yazaq. 19 + ? = 85, ? işarəsi burada tapmaq istədiyimiz miqdardır. Yəni, Pərvanənin verdiyi hissə üstəgəl, Pərvanədə qalan hissə bərabərdir 85. Belə də deyə bilərsiniz, əgər başlanğıcda 85 santimetr varsa və 19 santimetrini veririksə, deməli bu qədər hissə qalır. Hətta sual işarəsini 85 çıx 19 ifadəsinin nəticəsi kimi ifadə edə bilərsiniz. 85-dən 19 çıxanda neçə qalır? Bunu hesablamağın bir çox yolu var. Birinci yolu 85-i 80 + 5 kimi yazaraq, təklikəri onluqlardan ayırmaqdır. Bizim 8 onluğumuz var, bu 80-ə bərabərdir və 5 təkliyimiz var. İndi isə 19-u 10 və 9 kimi ayıraq. Əgər 19-u çıxıramsa, deməli 10 və 9-u çıxmış oluram. Bu niyə bu qədər yararlıdır? Əslində, 80 çıx 10-un 70-ə bərabər olduğunu demək çox asandır. 8 onluq çıx 1 onluq, 7 onluğa bərabər olur. Mən bunu 70 + 5 - 9 kimi yaza bilərəm. Əgər indi 5-dən 9 çıxmağa çalışsaq, bu bizim üçün biraz çətin olar, çünki, 9 5-dən böyükdür, bəs 9-u iki hissəyə ayırsaq necə olar? Məsələn, 9-u 4 və 5-in cəmi kimi yazsaq, onda 5-dən 9 çıxmağı 5-dən birinci 5 daha sonra 4 çıxmaqla eyni olduğunu anlayarıq. Belə daha asan oldu, çünki, 5-dən 5 çıxanda 0 alınır və bu halda bunu 70 - 4 kimi yaza bilərik. Neçəyə bərabər olacaq? 10-dan 4 çıxmağın 6-ya bərabər olduğunu bilirik, deməli, 70-dən 4 çıxanda 66 qalır. Bu qədər. Pərvanənin 66 santimetrlik lenti qalıb.