If you're seeing this message, it means we're having trouble loading external resources on our website.

Əgər vebsayt filtrindən istifadə edirsinizsə *.kastatic.org*.kasandbox.org domenlərinin əngəllənməmiş olduğundan əmin olun.

Əsas məzmun

Ortaq məxrəc təkrar

Ortaq məxrəcin tapılmasını təkrarlayın və çalışmaları yerinə yetirin.

Ortaq məxrəc

Əgər kəsrlərin məxrəci eynidirsə, bu, ortaq məxrəc adlanır.
Ortaq məxrəc kəsrlərin toplanması, çıxılması və müqayisə olunması əməllərini daha da asanlaşdırır.

Ortaq məxrəcin tapılması

İki kəsri (və ya ikidən çox) ortaq məxrəcə gətirməkdən ötrü hər bir kəsr üçün ortaq olan ən kiçik bölünəni tapmaq lazımdır.
Nümunə
78310 kəsrlərini ortaq məxrəcə gətirin.
Kəsrlərin məxrəci 810-dur. Hər birinin bölünənlərini ayrı-ayrılıqda qruplaşdıraq.
8-in bölünənləri: 8,16,24,32,40,48,56,64,72,80
10-un bölünənləri: 10,20,30,40,50,60,70,80,90,100
4080 8-lə 10 üçün ortaq bölünəndir. Bunların hər biri ortaq məxrəc sayıla bilər. Lakin ortaq məxrəc üçün, əsasən, ən kiçik ortaq bölünən götürülür.
40-ı ortaq məxrəc olaraq götürə bilərik.

Kəsrlərin ortaq məxrəcə yenidən yazılması

İndi isə 78310 kəsrlərinin məxrəcinə 40-ı əlavə etmək lazımdır.
Bilmək lazımdır ki, məxrəc hansı ədədə vurulsa, 40 alınar:
78×5=40
310×4=40
Növbəti mərhələdə isə eyni rəqəm surətə vurulmalıdır.
78×55=3540
310×44=1240
İndi isə 78310 ortaq məxrəcdə yazılmalıdır:
78=3540
310=1240
Qeyd: Yeni kəsrlər bunların ilkin formasına bərabərdir, lakin ortaq məxrəcdən istifadə hesablamanı daha da asanlaşdırır.
Daha çox məlumat əldə etmək istəyirsən ortaq məxrəclə bağlı? Bu videonu yoxla.

Çalışmalar

Çalışma 1
Sizin iki kəsriniz var: 25, 310 və siz onları ortaq məxrəcə gətirərək yenidən yazmaq istəyirsiniz (və kəsrlərinin surətlərini).
Hansı rəqəm(lər) məxrəcdə yazıla bilər?
Uyğun gələn bütün variantları seçin.

Bu cür daha çox məsələ həll eləmək istəyirsən? Bu çalışmanı yoxla.