If you're seeing this message, it means we're having trouble loading external resources on our website.

Əgər vebsayt filtrindən istifadə edirsinizsə *.kastatic.org*.kasandbox.org domenlərinin əngəllənməmiş olduğundan əmin olun.

Əsas məzmun

Çubuqlu bölmə (qalıqlı)

.

Video transkripsiyası

Gəlin, 473 böl 5 ifadəsinin qiymətini hesablayaq. Həmişə olduğu kimi videonu dayandırın və özünüz tapmağa çalışın. Əvvəlki dərslərimizdə öyrəndiyimiz natamam qismətli bölmə metodundan istifadə etməyinizi tövsiyə edirəm. Gəlin, indi birlikdə hesablayaq. Natamam qismətli bölmə metodundan istifadə etmək üçün bu ifadəni daha sadə formada yazaq. 473 böl 5 ifadəsini qeyd edək. Natamam qismətli bölmədə maraqlı məqamlardan biri odur ki, bir neçə üsuldan istifadə etmək mümkündür. Birdən çox üsulla, 473 ədədində 473-dən böyük olmamaq şərtilə neçə ədəd 5 olduğunu tapa bilərik. Fərz edək ki, 473-də 100 ədəd 5 var. Lakin aydındır ki, 5 vur 100 hasili 500-ə bərabərdir və 500 473-dən böyükdür. Deməli, 473-də 100 ədəd 5 olması mümkün deyil. Deməli, biz 100-dən kiçik bir ədəd yoxlamalıyıq. Aydındır ki, 473-də 5 ədədinin sayı 20-dən çox olacaq. Gəlin, fərz edək ki, bizim 20 ədəd 5-imiz var. 20 vur 5 hasili nəyə bərabərdir? 20 vur 5 hasili 100-ə bərabərdir. Daha aydın şəkildə qeyd edək. Burada 100 20 vur 5-in hasilidir. Gördüyünüz kimi 100 473-dən kiçikdir. Gəlin, indi 473-də 20-dən çox neçə ədəd 5 olduğunu tapaq. Bunun üçün biz 473-ə tamamlamaq üçün neçə ədədimiz qaldığını tapırıq. Belə ki, 473-dən 100 çıxırıq və 373 alırıq. Bəs 373-də neçə ədəd 5 var? Əgər 20 vur 5 hasili 100-ə bərabərdir. Lakin burada bizdə 300 ədədi var. Gəlin, fərz edək ki 60 ədəd 5-imiz var. Buraya 60-ı qeyd edək. 60 vur 5 hasili nəyə bərabərdir? 6 onluq vur 5 30 onluğa bərabərdir.Deməli, hasil 300 olacaq. Daha nə qədər davam edə bilərik? Bizim hələ burada 73 ədədimiz var. 373 çıx 300 73-ə bərabərdir. Bəs 73 ədədində neçə 5 var? Gəlin, hesablayaq. Bilirik ki, 5 vur 12 hasili 60-a bərabərdir. Gəlin, Buraya 12-ni yazaq. 12 vur 5 hasili isə 60-a bərabərdir. Gəlin görək, nə qədər davam edə bilərik. 73 çıx 60 13-ə bərabərdir. 13 ədədində neçə 5 olduğunu tapaq. Burada qeyd etdik ki, əvvəlcə bizim 20, sonra 60, və sonda 12 ədəd 5-imiz var. Bu 5-lərin ümuim sayını 473 ədədində nəzərə alsaq bizim hələ 13 ədədimiz qalmış olacaq. Bu 13 ədədinin içində də bir neçə 5 olduğunu tapa bilərik. 13 ədədində neçə 5 var? 5 vur 2 10-a bərabərdir. 5 vur 3 hasili 13-dən böyük olduğu üçün biz 5-i 2-yə vurduq. Beləliklə, 5 vur 2 hasili 10 olduğundan bizim burada qalığımız 3 olacaq. Başqa 5 ədədi tapmağımız mümkün deyil. Belə ki biz burada 5-i 3-ə bölə bilmirik və bizim qalığımız olacaq. Beləliklə, 473 ədədində neçə 5 var? Biz əvvəlcə hesabladıq ki bizim 20, daha sonra 60, sonra 12 və daha 2 ədəd 5-imiz var. Gəlin, bu ədədləri birlikdə toplayaq. Belə ki 2 üstəgəl 12 bərabərdir 14 üstəgəl 60 bərabərdir 74 , üstəgəl daha 20 bərabərdir 94. 3 də qalığımız var. Beləliklə, bu ifadə 94-ə bərabərdir. Gəlin, qalığı qırmızı rənglə qeyd edək (qalıq 3) Gəlin, hesablamamızı yoxlayaq. 2 üstəgəl 12 cəmi 14-ə bərabərdir, 74 və 94. Bəli, düzgündür. İndi isə gəlin başqa üsula nəzər yetirək. Bu hissəni kiçik bir xətlə ayıraq. Biz bu üsuldan da istifadə edə bilərik. 473 ədədini 5-ə böldükdə qismət nəyə bərabərdir? Bilirik ki, 40 ədədində 8 dəfə 5 var. Buna görə 400 ədədində ən azı 80 dəfə 5 olacaq. Bəlkə də daha artıq amma gəlin, 80 ilə başlayaq. Bəs bu 473 ədədinə nə qədər yaxındır? Birlikdə tapaq. 80 vur 5 hasili 400-ə bərabərdir. Bəs bu fərqdə daha neçə ədəd 5 var? Əvvəlcə bu fərqi tapaq. Bir daha xatırladaq ki, 80-i 5-ə vuraraq 473-ə nə qədər yaxın olduğumuzu tapdıq. İndi isə biz nə qədər qalıq qaldığını, nə qədər 5 alcağımızı tapmağa çalışaq. Belə ki 473 çıx 400 fərqi 73-ə bərabər olacaq. Aydındır ki, 73 ədədində də bir neçə dəfə 5 olacaq. Fərz edək ki, 73 ədədində 10 ədəd 5 var. Buraya 10-u qeyd edək. İndi nə qədər yaxınıq? 10 vur 5 hasili 50-yə bərabərdir. Aydın olmağı üçün qeyd edək ki, 10-u 5-ə vurduq. Bəs biz yenə 5 ədədi tapa bilərik? Bunun üçün biz çıxma əməlini yerinə yetirib yerdə qalan ədədi tapmalıyıq. Belə ki 73 çıx 50 23-ə bərabərdir. Aydındır ki, 23 ədədində də bir neçə dənə 5 olacaq. 5 vur 4 hasili 20-yə bərabərdir. Gəlin, bura 4 ədəd 5 əlavə edək. 4 vur 5 hasili 20-dir və gəlin görək biz nə qədər yaxınıq. Aydın olmağı üçün buraya 4 vur 5-i qeyd edək. Beləliklə, biz nə aldıq? Qalığımız nəyə bərabərdir? Biz daha 5 ədədi ala bilərik? 23 çıx 20 ifadəsi 3-ə bərabərdir. 3 isə 5-dən kiçik olduğundan bizim başqa daha bir 5 ədədi almağımız mümkün deyil. Belə ki 473 ədədində 80 dəfə 5 tapdıq və bizim hələ də qalığımız var idi. Bu qalıqda daha 10 ədəd 5 tapdıq, sonra isə alınan qalıqdan yenə 4 ədəd 5 tapa bildik, və sonda alınan qalıqdan (3) başqa bir 5 ədədi tapmaq mümkün olmadı. Ümumilikdə, 473 ədədində 94 dəfə 5 var və qalıq 3-ə bərabərdir.