Əsas məzmun
4-cü sinif
Course: 4-cü sinif > Unit 8
Lesson 5: Qarışıq ədədlərin toplanılması və çıxılması- Məxrəcləri eyni olan qarışıq kəsrlərin toplanması
- Məxrəcləri eyni olan qarışıq kəsrlərin çıxılması
- Qarışıq kəsrlərin toplanması və çıxılması (qruplaşdırılmadan)
- Qruplaşdırma üsulu ilə qarışıq ədədlərin toplanması
- Qruplaşdırma üsulu ilə qarışıq ədədlərin çıxılması
- Qarışıq ədədlərin toplanması və çıxılması (yenidən qruplaşdırılma ilə)
© 2023 Khan Academyİstifadə qaydalarıMəxfilik siyasətiCookie Notice
Məxrəcləri eyni olan qarışıq kəsrlərin toplanması
.
Söhbətə qoşulmaq istəyirsən?
Hələ ismarış yoxdur.
Video transkripsiyası
Bu videomuz qarışıq ədədlərin toplanılması barəsindədir. Gəlin qarışıq ədədlərin
nə olduğunu yadımıza salaq. 3 tam 8-də 2 qarışıq ədəddir. Belə adlanmasının səbəbi bu ədədin bir hissəsinin tam ədəd olan 3, digər hissəsinin isə kəsr ədəd olan 8-də 2-dən ibarət olmasıdır. Gəlin görək 3 tam 8-də 2 ilə 5 tam 8-də 3-ü necə toplaya bilərik. Birlikdə baxmamışdan əvvəl
videonu dayandırıb cavabı özünüz tapmağa çalışın. Gəlin, indi birlikdə baxaq. Cavabı bir neçə yolla tapmaq olar. Düşünə bilərsiz ki, 3 tam 8-də 2 elə 3 üstəgəl 8-də 2-yə bərabərdir. Eynilə,
5 tam 8-də 3 də 5 üstəgəl 8-də 3-ə bərabərdir. Bu iki ədədi toplamaq, bu 4 ədədi toplamağa bərabərdir. Hansı sıra ilə toplamağımız
önəmli olmadığından bunu 3 üstəgəl 5, üstəgəl 8-də 2, üstəgəl 8-də 3 kimi yazsaq eyni şey olar. Mən sadəcə toplama sırasını dəyişdim. 3 üstəgəl 5
neçəyə bərabərdir? 3 tam üstəgəl 5 tam 8-ə bərabərdir. Bəs 8-də iki üstəgəl 8-də üç
neçəyə bərabərdir? Əgər 2 ədəd 8-də 1-im varsa ,
onun üstünə 3 dənə də 8-də bir gəlsəm,
5 dənə 8-də birim və ya 8-də 5-im olacaq. Deməli, bu 8 üstəgəl 8-də 5 oldu. Bu ədədi 8 tam 8-də 5 olaraq qarışıq ədəd kimi də yaza bilərik. İnsanların cavabı başqa yolla da tapdığını görə bilərsiz. Yuxarıda 3 üstəgəl 8-də iki onun altında 5-i təkliyin və ya tam ədədin altından
yazırıq. Bu tam ədədin yalnız təkliklər mərtəbəsi var.
5-i 3-ün altından, 8-də 3-ün də kəsrin altından
yazıldığını görə bilərsiz. Sonra bunları alt-alta toplaya bilərik. Birinci kərs hissəni hesablayırıq. 8-də 2 üstəgəl 8-də 3 bərabər olacaq 8-də beşə. 3 üstəgəl 5-də bərabər olacaq 8-ə. Bu iki ədəd 8 və 8-də 5-i toplasaq
8 tam 8-də 5-ə bərabər olar. Bu da cavabı tapmağın digər yolu. Ümid edirəm bu video qarışıq ədədləri toplamaqda sizə kömək oldu.