If you're seeing this message, it means we're having trouble loading external resources on our website.

Əgər vebsayt filtrindən istifadə edirsinizsə *.kastatic.org*.kasandbox.org domenlərinin əngəllənməmiş olduğundan əmin olun.

Əsas məzmun

ABŞ-ın ənənəvi həcm vahidlərinin təhlili (fincan, pint, kvart və qallon)

Fincan, pint, litr və qallon ölçülərini və onların bir-birinə necə çevrildiyini nəzərdən keçirin.  Sonra bəzi praktiki məsələlər həll etməyə çalışın.

Xüsusi həcm vahidlərinin xülasəsi

FincanPintaKvartaQallon
16841
42114
211218
11214116

Həcm nədir?

Həcm tutum vahididir. Məsələn, bir kasanın həcmi dedikdə onun daxilindəki yerin miqdarı, yaxud nə qədər su tutma qabiliyyətinə malik olması nəzərdə tutulur.
ABŞ-ın ənənəvi ölçü sistemində ən geniş yayılmış həcm vahidləri fincan, maye pinta, maye kvarta və maye qallondur.

Xüsusi həcm vahidlərinin ölçüləri nə qədərdir?

Bir meyvə şirəsi qabı təxminən 1 fincan maye tutur.
Bir pinta 2 fincana bərabərdir. Bir su butulkası təxminən 1 pinta həcmində maye tutur.
Bir kvarta 2 maye pintaya bərabərdir. Bir şampun butulkası təxminən 1 kvarta həcmində maye tutur.
Bir qallon 4 maye kvarta bərabərdir. Bir süd sürahisi təxminən 1 qallon həcmində maye tutur.
Ənənəvi ölçü sistemi haqqında daha çox öyrənmək istəyirsiniz? Bu videoya nəzər salın.

Tapşırıq toplusu 1: Həcmin ölçülməsi

Çalışma 1A
Bir stəkan portağal şirəsini ölçmək üçün ən uyğun vahidi müəyyənləşdirin.
Cavablardan birini seçin:
Bir stəkan portağal şirəsi

Buna oxşar daha çox tapşırıqlar həll etmək istəyirsiniz? Bu tapşırığa nəzər salın,

Böyük vahidlərin daha kiçik vahidlərə çevrilməsi

1 pinta=2 fincan
1 kvarta=4 fincan
1 kvarta=2 pinta
1 qallon=4 kvarta
Böyük ölçü vahidlərini nisbətən kiçik ölçü vahidlərinə çevirmək üçün böyük vahidləri kiçik vahidlərin qarşısında müvafiq olaraq yaşıl rəngdə göstərilən əmsallara vururuq.
Nümunə: Qallonu kvartaya çevirmək
1 qallon=4 kvarta
2 qallon=2×4=8 kvarta
Nümunə: Maye pintanı fincana çevirmək
1 pinta=2 fincan
8 pinta=8×2=16 fincan

Kiçik vahidlərin böyük vahidlərə çevrilməsi

1 fincan=12 pinta
1 pinta=12 kvarta
1 kvarta=14 qallon
Kiçik ölçü vahidlərini nisbətən böyük vahidlərə çevirmək üçün kiçik vahidlərin sayını böyük vahidlərin qarşısında müvafiq olaraq bənövşəyi rəngdə göstərilən əmsallara bölürük.
Nümunə: Pintanı kvartaya çevirmək
1 pinta=12 kvarta
12 pinta=122=12÷2=6 kvarta
Həcm vahidləri arasında çevrilmə barədə daha çox öyrənmək istəyirsiniz? Bu videoya nəzər salın.

Tapşırıq toplusu 2: Həcm vahidlərinin çevrilməsi

Çalışma 2A
Çevirin.
5 kvarta =
  • Cavabınız belə olmalıdır
  • 6 kimi bir tam ədəd
  • 0.75 kimi onluq kəsr
  • 3/5 kimi sadələşdirilmiş düzgün kəsr
  • 7/4 kimi sadələşdirilməmiş düzgün kəsr
  • 1 3/4 kimi qarışıq ədəd
fincan

Buna oxşar daha çox tapşırıqlar həll etmək istəyirsiniz? Bu tapşırıqlara nəzər salın:
Böyük vahidləri kiçik vahidlərə çevirmək
Vahidlər arasında çevirmələr