If you're seeing this message, it means we're having trouble loading external resources on our website.

Əgər vebsayt filtrindən istifadə edirsinizsə *.kastatic.org*.kasandbox.org domenlərinin əngəllənməmiş olduğundan əmin olun.

Əsas məzmun

Dördbucaqlıların icmalı

Verilmiş dördbucaqlıları nəzərdən keçirin: paraleloqram, trapesiya, romb, düzbucaqlı və kvadrat.  Daha sonra bəzi praktiki məsələləri həll edin.

Dördbucaqlılar: Xülasə

AdıMənasıNümunə
Dördbucaqlı4 tərəfli fiqur
Paraleloqram2 cüt paralel tərəf
TrapesiyaTam olaraq, 1 cüt paralel tərəf
Düzbucaqlı4 düz bucaq
Romb4 bərabər tərəflər
Kvadrat4 bərabər tərəf və 4 düz bucaq
Hər bir fiqur haqqında daha ətraflı öyrənmək və tanımaq üçün oxumağa davam edin!

Dördbucaqlı nədir?

Dördbucaqlı 4 tərəfi olan qapalı fiqurdur.
Bu fiqurlar dördbucaqlıdır:
Bu fiqurlar dördbucaqlı deyil:
Birinci fiqur bağlı deyil.
İkinci fiqurun 5 tərəfi var.

Tapşırıq 1: Dördbucaqlıların müəyyənləşdirilməsi

Çalışma 1A
Aşağıdakı fiqurlardan hansı ikisi dördbucaqlıdır?
Uyğun gələn bütün variantları seçin.

Dördbucaqlılar haqqında daha çox öyrənmək istəyirsiniz? Bu videolara baxın:
Dörbucaqlıların növləri
Dördbucaqlıların xüsusiyyətləri
Dördbucaqlıları ayırmaq

Paraleloqram nədir?

Paraleloqram 2 cüt paralel tərəfi olan dördbucaqlıdır. Növbəti fiqurlarda eyni rənglərlə işarələnmiş tərəflər paraleldir.

Tapşırıq 2: Paraleloqramların müəyyənləşdirilməsi

Çalışma 2A
Aşağıdakı fiqurlardan hansı İKİSİ paraleloqramdır?
Uyğun gələn bütün variantları seçin.

Trapesiya nədir?

Trapesiyanın yalnız 1 cüt qarşı tərəfi paraleldir.
Çalışma 3A
Aşağıdakı fiqurlardan hansı İKİSİ trapesiyadır?
Uyğun gələn bütün variantları seçin.

Düzbucaqlı nədir?

Düzbucaqlı 4 düz bucaqdan ibarət dördbucaqlıdır.
Çalışma 4A
Aşağıdakı fiqurlardan hansı ikisi düzbucaqlıdır?
Uyğun gələn bütün variantları seçin.

Romb nədir?

Romb 4 tərəfi bərabər olan dördbucaqlıdır.
Çalışma 5A
Aşağıdakı fiqurlardan hansı İKİSİ rombdur?
Uyğun gələn bütün variantları seçin.

Kvadrat nədir?

Kvadrat 4 bərabər tərəfi və 4 düz bucağı olan dördbucaqlıdır.
Çalışma 6A
Aşağıdakı fiqurlardan hansı İKİSİ kvadratdır?
Uyğun gələn bütün variantları seçin.

Tapşırıq 7: Hamısını bir araya toplamaq

Çalışma 7A
Bütün paraleloqramların qarşı tərəfləri var və onlar paralel və bərabərdirlər.
Verilmiş dördbucaqlılardan hansılar paraleloqramdır?
Uyğun oxlar iki qarşı tərəfin paralel olduğunu bildirir.
Paraleloqram
Paraleloqram deyil

Daha çox belə çalışma görmək istəyirsiniz? Bu tapşırıqları yoxlayın:
Dördbucaqlıları təyin etmək
Dördbucaqlı növləri
Dördbucaqlıları ayırmaq