Əsas məzmun
6-cı sinif
Course: 6-cı sinif > Unit 6
Lesson 8: Asılı və müstəqil dəyişənlərAsılı və müstəqil dəyişənlərin icmalı
Asılı və müstəqil dəyişənləri müəyyən edin və onları müxtəlif məzmunlara tətbiq edin.
Müstəqil dəyişən
Müstəqil dəyişən təcrübə zamanı manipulyasiya edilən kəmiyyəti göstərən bir dəyişəndir.
x çox vaxt tənlikdə müstəqil dəyişəni göstərmək üçün istifadə edilən dəyişəndir.
Nümunə:
Siz öz cib xərciliyinizi qazanmaq üçün ev işləri görürsünüz. Gördüyünüz hər bir iş üçün dollar sign, 3 qazanırsınız.
Müstəqil dəyişən nədir?
Müstəqil dəyişən sizin etdiyiniz ev işlərinin miqdarıdır, çünki bu, sizin nəzarət etdiyiniz dəyişəndir.
Asılı dəyişənlər
Asılı dəyişən qiyməti müstəqil dəyişənin necə manipulyasiya edilməsindən asılı olan kəmiyyəti göstərir.
y çox vaxt tənlikdə asılı dəyişəni göstərmək üçün istifadə edilən dəyişəndir.
Nümunə:
Gəlin eyni konteksti istifadə edək.
Siz öz cib xərciliyinizi qazanmaq üçün ev işləri görürsünüz. Gördüyünüz hər bir iş üçün dollar sign, 3 qazanırsınız.
Asılı dəyişən nədir?
Asılı dəyişən sizin qazandığınız pulun miqdarıdır, çünki qazandığınız məbləğin miqdarı nə qədər ev işi gördüyünüzdən asılıdır.
Müstəqil və asılı dəyişənlər haqqında daha çox öyrənmək istəyirsiniz? Bu videoya nəzər yetirin .
Söhbətə qoşulmaq istəyirsən?
Hələ ismarış yoxdur.