Əsas məzmun
6-cı sinif
Course: 6-cı sinif > Unit 6
Lesson 3: Bir mərhələli toplama və çıxmadan ibarət tənliklər- Bir mərhələli toplama və çıxmadan ibarət tənliklər
- Tək addımlı çıxma tənlikləri
- Bir mərhələli toplama və çıxmadan ibarət tənliklər
- Bir mərhələli toplama və çıxmadan ibarət tənliklər
- 1 addımda tənlikləri toplama & çıxma: kəsrlər & onluqlar
- 1 addımda tənlikləri toplama & çıxma: kəsrlər & onluqlar
© 2023 Khan Academyİstifadə qaydalarıMəxfilik siyasətiCookie Notice
Bir mərhələli toplama və çıxmadan ibarət tənliklər
"x + 3 = 9" və "y - 5 = 8" kimi tənlikləri həll etməyi öyrənin.
Balans dirəyi modeli (gimnastikada balansı göstərmək üçün alət) haqqındakı biliklərimizə əsaslanaraq deyə bilərik ki, ifadənin doğru olması üçün həmişə hər iki tərəfə də eyni əməli tətbiq etməliyik.
Amma hardan bilək ki, ifadənin hər iki tərəfinə də nə etməliyik?
Toplama və Çıxma bir-birinin tərsidir
Tərs əməliyyatlar bir-birinin etdiyini geriyə alan və ya bir-birinə zidd olan əməliyyatlardır.
Aşağıdakı nümunədə çıxmanın necə toplamanın tərs əməliyyatı olması göstərilib.
Əgər biz yeddi ilə başlayıb onun üstünə 3 gəlsək, sonra da 3-ü çıxsaq, 7-yə geri qayıtmış olacağıq.
Aşağıdakı nümunədə toplamanın necə çıxmanın tərs əməliyyatı olması göstərilib.
Əgər biz 5 ilə başlayıb ondan 2 çıxsaq, sonra da 2-ni əlavə etsək, 5-ə geri qayıtmış olacağıq.
Tərs əməliyyatlardan istifadə etməklə toplamanı həll etmək
Gəlin növbəti bərabərlikdə -nı necə tapacağımızı fikirləşək.
Bərabərliyin sol tərəfində təkcə -nı saxlamaq istəyirik. Buna görə də, əlavə edilmiş 22-ni geri almaq üçün nə edə bilərik?
22-ni çıxa bilərik, çünki toplamanın tərsi çıxmadır!
Hər tərəfdən 22 çıxdıqda bu alınır:
Gəlin həllimizi yoxlayaq
Yaxşı olardı ki, həmişə həllimizi verilmiş bərabərlikdə yerinə qoyub yoxlayaq, əmin olaq ki, səhvimiz yoxdur.
Bəli, düzgün həlldir!
Tərs əməliyyatlardan istifadə etməklə toplamanı həll etmək
İndi isə gəlin bir az fərqli misalı həll etməyə çalışaq.
Bərabərliyin sol tərəfində təkcə -ni saxlamaq istəyirik. Buna görə də, çıxılımış 18-i geri almaq üçün nə edə bilərik?
18-i əlavə edə bilərik, çünki çıxmanın tərsi toplamadır!
Hər tərəfə 18 əlavə etdikdə bu alınır:
Gəlin həllimizi yoxlayaq
Bəli, düzgün həlldir!
Toplama və çıxma əməllərini necə həll etməyin xülasəsi
Əla, biz artıq bir toplama və bir çıxma əməlini yerinə yetirmişik. Gəlin etdiklərimizi ümümiləşdirək:
Bərabərliyin növü | Nümunə | İlk addım |
---|---|---|
Toplama | Hər tərəfdən 2 çıxın. | |
Çıxma | Hər tərəfə 18 əlavə edin. |
Gəlin bir neçə misal həll edək.
Söhbətə qoşulmaq istəyirsiniz?
Hələ ismarış yoxdur.