Əsas məzmun
6-cı sinif
Course: 6-cı sinif > Unit 4
Lesson 1: Ədədlərin xüsusiyyətləriToplamanın xüsusiyyətləri
Toplamanın yerdəyişmə, qruplaşdırma xassələrini araşdırın.
Bu dərsdə biz üç əsas toplama əməlinin xassələrini öyrənəcəyik. İndi isə sürətlə bu xassələrin icmalına baxaq:
Toplamanın yerdəyişmə qanunu: Toplananların yerini dəyişəndə cəm dəyişmir. Nümunə, 4, plus, 2, equals, 2, plus, 4.
Toplamanın qruplaşdırma qanunu: Yan-yana duran bir neçə toplananı onların cəmi ilə əvəz etdikdə onların cəmi dəyişmir. Nümunə, left parenthesis, 2, plus, 3, right parenthesis, plus, 4, equals, 2, plus, left parenthesis, 3, plus, 4, right parenthesis.
Sıfırın toplama qanunu: 0-ın üzərinə istənilən ədədi əlavə etdikdə cavab elə həmin ədəd olur. Nümunə, 0, plus, 4, equals, 4.
Toplamanın yerdəyişmə qanunu
Toplamanın yerdəyişmə qanununda deyilir ki, toplananların yerini dəyişəndə cəm dəyişmir. Aşağıdakı nümunəyə nəzər yetirək:
Diqqətlə baxsaq, görərik ki, toplananların yerinin fərqli olmasına baxmayaraq cəm burda elə 6-a bərabərdir.
Daha çox toplanan əlavə edərək bu misala baxaq:
Toplamanın qruplaşdırma qanunu
Bu qanunda deyilir ki, toplananları qruplaşdırıb ayrıca yazdıqda cəm dəyişmir. Aşağıdakı nümunəyə baxaq:
Burda biz əvvəlcə mötərizələrə diqqət yetirməliyik. Sol tərəfi ayırıb mötərizədə yazaq:
Sonra isə eyni qaydanı sağ tərəfə də tətbiq edək:
Diqqət etsək, görərik ki, hər iki tərəfdə 9 cavabını aldıq, baxmayaraq ki biz sol tərəfdə 2 və 3-ü, sağ tərəfdə isə 3 və 4-ü ayrıca qruplaşdırdıq.
Sıfırın toplanma qanunu
Sıfrın toplama qanununda deyilir ki, istənilən ədədin üzərinə 0 əlavə olunsa, elə həmin ədəd də alınır. Aşağıdakı nümunəyə baxaq:
Bu tamamilə düzgündür, çünki 0 "heç bir kəmiyyət" kəsb etmir, buna görə biz 0-a 4 əlavə etsək, 4 olduğu kimi qalacaq.
Bu qanuna görə həmçinin 0-ın o biri toplanandan əvvəl və ya sonra gəlməyinin heç bir fərqi yoxdur. Aşağıdakı nümunədə görə bilərik ki, 0 digər toplanandan sonra gəlir:
Söhbətə qoşulmaq istəyirsən?
Hələ ismarış yoxdur.