Əsas məzmun
6-cı sinif
Course: 6-cı sinif > Unit 4
Lesson 1: Ədədlərin xüsusiyyətləriVurmanın xassələri
Vurmanın yerdəyişmə, qruplaşdırma xüsusiyyətlərini araşdırın.
Bu məqalədə biz vurma əməlinin üç əsas xüsusiyyətini öyrənəcəyik. Bu xüsusiyyətlərin qısa icmalı belədir:
Vurmanın yerdəyişdirmə xassəsi: Vuruqların yerini dəyişdikdə hasil dəyişmir. Məsələn, 4, times, 3, equals, 3, times, 4.
Vurmanın qruplaşdırma xassəsi: Vuruqları fərqli şəkildə qruplaşdırdıqda hasil dəyişmir. Məsələn, left parenthesis, 2, times, 3, right parenthesis, times, 4, equals, 2, times, left parenthesis, 3, times, 4, right parenthesis.
Vurmanın eynilik xassəsi: İstənilən ədədin 1-ə hasili özünə bərabərdir. Məsələn, 7, times, 1, equals, 7.
Vurmanın yerdəyişmə xassəsi
Vurmanın yerdəyişmə xassəsinə əsasən deyilir ki, vuruqların yerini dəyişdikdə hasil dəyişmir. Gəlin nümunəyə baxaq:
Gördüyümüz kimi, ardıcıllıq fərqli olsa belə, hər iki hasil 12-dir.
Daha çox vuruğu olan başqa bir nümunəyə baxaq:
Burada da hər iki hasil 24-dür.
Vurmanın qruplaşdırma xassəsi
Vurmanın qruplaşdırma xassəsinə görə vuruqları müxtəlif şəkildə qruplaşdırdıqda hasil dəyişmir. Nümunə:
Burda biz əvvəlcə mötərizələrə diqqət yetirməliyik. Sol tərəfi ayırıb mötərizədə yazaq:
Sonra isə eyni qaydanı sağ tərəfə də tətbiq edək:
Gördüyünüz kimi, ilk olaraq sol tərəfdə 2 və 3-ü, sağ tərəfdə isə 3 və 4-ü bir-birinə vurmağımıza baxmayaraq, hər iki tərəf 24-ə bərabərdir.
Vurmanın eynilik xassəsi
Vurmanın eynilik xassəsinə əsasən istənilən ədədin 1-ə hasili özünə bərabərdir. Nümunəyə baxaq:
Vurmanın yerdəyişmə xassəsinə görə 1-in həmin ədəddən əvvəl və ya sonra gəlməsi nəticəyə təsir etmir. Eynilik xassəsinin aşağıdakı nümunəsində 1 ədəddən əvvəl gəlib:
Söhbətə qoşulmaq istəyirsən?
Hələ ismarış yoxdur.