Əsas məzmun
3-cü sinif
Course: 3-cü sinif > Unit 1
Lesson 2: Ədəd oxu üzərində vurma əməliƏdəd oxu üzərində vurma əməli
Sal sadə vurma məsələlərini izah etmək və həll etmək üçün ədəd oxundan istifadə edir.
Söhbətə qoşulmaq istəyirsən?
Hələ ismarış yoxdur.
Video transkripsiyası
Bu videoda vurma əməlinin başqa yolları haqqında düşünəcəyik. Xüsusilə də, vurmanı intervallarla saymaq və ədəd oxu ilə əlaqələndirəcəyik. Beləliklə, biz dörd dəfə
iki haqqında düşünsək, digər videolarda artıq görmüşük ki, buna dörd ədəd ikili qrup
şəklində baxıla bilər. Beləliklə, bizim dörd qrupumuz var. Bir qrup, iki qrup, üç qrup, dörd qrup və hər birində 2 ədəd nəsə var. Buraya iki balaca dairə qoyuram. Burada iki, burada da iki, buraya da iki və buraya da iki. Bunu həmçinin dörd ədəd iki və ya dörd ədəd ikinin cəmi kimi
görə bilərsiniz. Beləliklə, bunu iki üstəgəl iki, üstəgəl iki, üstəgəl iki kimi
görə bilərik. Bu da iki üstəgəl iki dörd, dörd üstəgəl iki altı, altı üstəgəl iki səkkiz edəcək. Buradan görürük ki, biz hətta 4-4 də saya bilərik. İki, dörd, altı, səkkiz. Dörd dəfə iki səkkiz edir. Biz bunu ədəd oxu ilə də edə bilərik. Burada kiçik bir ədəd oxu çəkim. Biz dörd dəfə ikini təsəvvür edə bilərik. Bu bir dəfə iki, iki dəfə iki, üç dəfə iki və dörd dəfə iki. Biz sıfırdan başladıq və ədəd oxu boyunca iki-iki dörd dəfə tullanaraq səkkizdə dayandıq. Sıfırdan iki, dörd, altı, səkkizə getdik. Biz öz yolumuzla 2-2 səkkizə kimi saydıq. İndi oxşar bir sual soruşacağam. Bunu yeni ədəd oxu üzərində çəkim. Başqa yolla düşünün. Ədəd oxu hansı vurma əməlini əks etdirir? Beləliklə, buradan başlayıram və bu şəkildə tullanaraq davam edirəm. Buraya gəldim, sonra buraya. Mən hər dəfə bərabər məsafəli tullanıram. Sonra buraya, sonra buraya, sonra da buraya gəldim. Əgər eyni yolla düşündüyümüz kimi etmişiksə, onda bu nəyi əks etdirir? Mən 0-dan 4, 8, 12, 16 və 20-yə getmişəm. Mən 4-4 saymışam. Siz bunu nəsə vurulsun dörd
kimi düşünə bilərsiniz. Neçə dəfə tullandım? 1, 2, 3, 4, 5 dəfə dörd
addımlı tullanmışam. Bu da beş dəfə dörd deməkdir. Biz görürük ki, 20-də dayanmışam. Biz bunu həmçinin beş ədəd dörd kimi və ya dörd üstəgəl dörd, üstəgəl dörd, üstəgəl 4, üstəgəl 4 kimi düşünə bilərik. Biz sıfırdan başlayırıq və dörd üstəgəl dörd, üstəgəl dörd, üstəgəl dörd, üstəgəl 4 şəklində toplayırıq Bizim burada beş ədəd dördümüz var. Gəlin bir dənə də edək. Yenə ədəd oxu çəkirəm və bu nəyi əks etdirsin? Məsələn, yeddi dəfə üç. Biz bunu 0-dan başlayaraq üç addım olmaqla 7 tullanma olaraq düşünək,
7 bərabər tullanma. Bir, iki, üç, dörd, beş, altı və yeddi. 21-də dayanırıq. Beləliklə bu
21-ə bərabərdir. Siz bunu həmçinin yeddi ədəd üçü toplayırıq kimi də düşünə bilərsiniz. 3-3 saymaq kimi düşünə bilərsiniz. Sıfırdan üçə, altıya, doqquza, 12, 15, 18 və 21-ə kimi gedirsiniz. Sadəcə maraqlıdır, əksinə etsək nə olar? Yəni, 7 addımlı 3 tullanma etsək nə olar? O, nə edəcək? Buradan başlayırıq və ilk yeddi addımlı tullanmamız bura qədərdir. Yeddidən növbəti yeddi addım tullandıqda 14 alırıq. Yenə yeddi adım tullansaq 21 alırıq. Maraqlıdır. Ən azından bu situasiya üçün biz üç addımla yeddi dəfə tullandıqda da 7 addımla 3 dəfə tullandıqda da
eyni nəticəni alırıq. Bu həmişə belə olacaq mı deyə düşünün. Növbəti videoda görüşənədək.