If you're seeing this message, it means we're having trouble loading external resources on our website.

Əgər vebsayt filtrindən istifadə edirsinizsə *.kastatic.org*.kasandbox.org domenlərinin əngəllənməmiş olduğundan əmin olun.

Əsas məzmun

Qarışqa botunun düzəldilməsi

Gəlin koloniya quraq!
Əvvəlcə tək bir qarışqa düzəltməliyik. Sadə bir dizaynla başlayaq və qarışqanın proqramlaşdırılmasına diqqət edək.
Hədəf: Əsas qarışqa yürüş & qaçış davranışını təqlid edə biləcək bir robot yaradın.
Xüsusiyyətlər: Robotunuza ultrasəs sensoru istifadə edərək "görməyə" icazə verilir. Bu qaydalara riayət edilməlidir (təqribi yol):
  • Əgər obyekt < 7 düym olarsa, bu zaman arxaya sürətlə hərəkət et (50% güclə)
  • Əgər obyekt < 12 düym olarsa, bu zaman arxaya yavaş hərəkət et (30% güclə)
  • əgər obyekt 12-15 düym aralığındadırsa, bu zaman dondur
  • əgər obyekt > 15 düym olarsa, bu zaman önə doğru yavaş hərəkət et (30% güclə)
  • əgər obyekt  > 30 düym olarsa, bu zaman önə doğru sürətlə hərəkət et (50% güclə)

5 dəqiqədə konstruksiya

Robotlarınızın işləməyə başlamağını mümkün qədər sürətləndirmək üçün bu asan 5 dəqiqəlik konstruksiya üsulunu istifadə etməkdən çəkinməyin və ya özünüzünkünü düzəldin! Bu dizaynı daha sonra yenidən qura bilərsiniz.
Addım 1: Dirəkləri aşağıdakı kimi daxil edin (mühərriki dəstəkləmək üçün)
Addım 2: Mühərrikləri əlavə edin.
Addım 3: 11 dəlik dirəyindən və 2 tutacaqdan istifadə edərək dayaq əlavə edin.
Addım 4: Təkərləri qoşun (sadə 5.5 durdurucu ox istifadə edin).
Addım 5: Arxanı yüksəltmək üçün 3x3 birləşdirici (və ya təkər) əlavə edin (beləliklə sensor tam qabağa baxır) və ultrasəs sensoru əlavə edin.
.
Növbəti videoda tamamlanan robotla yanaşı son addımlar da göstəriləcək.

Məsləhətlər

Qarışqa botu yaratmaq üçün bunlarla tanış olmalısınız:
  • Dövrlər
  • İç-içə açar ifadələr 
  • Hərəkət qəlibləri
Aşağıdakı konsepsiyalara nəzər yetirə bilərsiniz. Bu videolara baxdıqdan sonra bu problemi həll etməyə hazır olmalısınız.
İç-içə olan açar qəlibləri olduğuna görə məsələ həllini əvvəlcə kağızda çəkməlisiniz.