Əgər bu mesajı görürsünüzsə, deməli bu vebsayta giriş mənbələrində problem yaşayırıq deməkdir.

If you're behind a web filter, please make sure that the domains *.kastatic.org and *.kasandbox.org are unblocked.

Əsas məzmun

Arduinoya kamera bağlantısı

Bu videoda biz Bit-zee kamerasının çekim və güc funksiyalarını çörək lövhəsindəki bəzi tranzistorlara bağlayırıq və sonra tranzistorları Arduino-ya bağlayırıq. Karl Wendt tərəfindən yaradıldı.

Video transkripsiyası

Bu videoda tranzistorlardan istifadə edərək kameranı necə yandırıb-söndürəcəyimizi, həmçinin şəkil çəkmə funksiyasını necə idarə edəcəyimizi göstərəcəyik. NPN tranzistorlarından istifadə edirik. Bunlar 2N222A tranzistorları və 10000 omluq rezistorlardır. Səs modulunda etdiyimiz kimi 10000 omluq rezistoru bazaya və ya tranzistorun mərkəzi naqilinə bağlayırıq. Sonra 22-lik qoşma naqili kəsirik və Arduino-muzdakı girişlərə bağlayırıq. Onu 4 və 5 nömrəli girişlərə bağlayırıq. 4 güc mənbəyinə, 5 şəkil-çəkmə düyməsinə birləşir. Kameranı yandıb-söndürən düymələr üçün kontaktlara bağladığımız maqnit naqilimiz buradadır. Bıçaqdan istifadə edərək həmin naqilin xaricindəki örtüyü soyacağıq. Bunu edərkən naqili çevirərək hər tərəfində eyni prosesi təkrarlamağımız lazımdır. Arxa tərəfdə və kənarlarda təmizlənməmiş hissə qala bilər. Bütün örtüyü soymasanız, yaxşı əlaqə əldə etməyə bilərsiniz. Örtük nazik bir izolyator kimi çıxış edir. Bu nazik naqillər açarlarımız üçün güc birləşmələrinə qoşulmağı asanlaşdırdı. Ancaq bu, dövrə lövhəsinə qoşulmaq üçün düzgün naqil deyil, çünki o, çox kiçik ölçüdədir. Onun yerində sabit qalması mümkün deyil. Onu daha qalın bir naqilə bağlamalıyıq. Bunun üçün 22-lik birləşdirici naqildən istifadə edirik. Maqnit naqili bu naqilin ətrafında sarırıq. Bu iki parçanı birlikdə lehimləyirik. Düzgün lehimləmək sağlam birləşmə yaratmaq üçün vacibdir. Qısa qapanmanın qabağını almaq üçün birləşmə yerinin üzərinə istidə yığılan boru keçirdirik. Örtüyü onun üzərinə sürüşdürüb yerləşdirmək üçün kəlbətindən istifadə edə bilərik. 1 sm-ə qədər hissə açıq qalır. İsidici cihazın yardımı ilə boruya isti hava axını vururuq. Beləcə tam istədiyimiz kimi yeni birləşməni qoruya bilərik. İndi naqilimizi bükərək yerinə, yəni tranzistorun sol tərəfinə birləşdiririk. Bu, axını yayan hissə olur. Axını toplayan hissəyə keçirik. Naqilin ətrafındakı örtüyü təmizləyirik. Bunu yenə də 22-lik naqilə bağlayırıq. Daha sonra lehimləyirik. Naqil örtüyünü birləşmə yerinin üzərinə gətiririk. İsidici ilə örtüyün yerinə yaxşı oturması üçün üzərinə isti hava vururuq və qısa qapanmanın qarşısını alırıq. Bunu da tranzistorun digər tərəfinə yerləşdiririk. Bu da kameranın yanıb-sönə bilməsi üçün arduinio-nun tranzistora kiçik bir gərginlik göndərməsinə imkan verir. İndi sıra şəkil çəkmə düyməsinə gəldi. Kameranın işləməsi üçün ən önəmli düymədir. Yandırıb-söndürmə düyməsini əvvəlki kimi bağlayacağıq. Əvvəl 22-lik naqilin ətrafına maqnit naqilini bağlamışdıq və lehimləmişdik. Naqilin ətrafındakı örtüyü təmizləyirik və 22-lik naqilə bağlayıb lehimləyirik. Sonra borunu onun üzərinə yerləşdiririk. İsidici ilə onun yerinə yaxşı oturması üçün isti hava vururuq. Yenə də bu naqilləri tranzistorun üzərindəki həm axını yayan, həm də toplayan tərəfə bağlayırıq. Artıq kameramıza Arduino ilə nəzarət edə bilərik.