If you're seeing this message, it means we're having trouble loading external resources on our website.

Əgər vebsayt filtrindən istifadə edirsinizsə *.kastatic.org*.kasandbox.org domenlərinin əngəllənməmiş olduğundan əmin olun.

Əsas məzmun

Koordinat müstəvisinin rüblərini gözdən keçirmə

Koordinat müstəvisinin rüblərini gözdən keçirin və bəzi praktiki məsələləri yoxlayın.

Oxlar

Koordinat sistemində bir üfüqi xətt x-oxu və bir şaquli xətt y-oxu var.

Başlanğıc nöqtəsi

x-oxuy-oxu başlanğıc nöqtəsində kəsişirlər. Başlanğıc nöqtəsi verilmiş koordinat cütlüyündə (0,0) yerləşir.

Rüblər

Koordinat sistemi dörd rübə bölünür. Birinci rüb (R1) sağ yuxarıda yerləşir və həmişə müsbət qiymətlər olur. İkinci rüb (R2) sol yuxarıda yerləşir. Üçüncü rüb (R3) sol aşağıda yerləşir. Dördüncü rüb isə (R4) sağ aşağıda yerləşir.
Koordinat sistemləri haqqında daha çox öyrənmək istəyirsiniz? Bu videoya baxın.

Çalışmalar

Çalışma 1
A nöqtəsi koordinat müstəvisində harada yerləşir?
Cavablardan birini seçin:

Daha çox belə çalışma görmək istəyirsiniz? Bu tapşırığa baxın.