If you're seeing this message, it means we're having trouble loading external resources on our website.

Əgər vebsayt filtrindən istifadə edirsinizsə *.kastatic.org*.kasandbox.org domenlərinin əngəllənməmiş olduğundan əmin olun.

Əsas məzmun

Üçbucağın bucaqlarının icmalı

Üçbucağın bucaqlarının əsas anlayışlarını gözdən keçirin və bəzi yoxlama məsələlərini həll edin.

Üçbucaqlarda daxili bucaqların cəmi

Daxili bucaq çoxbucaqlının tərəfləri arasında formalaşır və fiqurun daxilində olur.
Daxili 3 bucağın cəmi hər bir üçbucaqda 180 edir.
Nümunə:
109+23+48=180
Üçbucaqlardakı daxili bucaqlar haqqında daha çox öyrənmək istəyirsiniz? Bu videonu yoxlayın.

Əksik bucağı tapmaq

Üçbucağın daxili bucaqlarının cəmi hər zaman 180 olduğundan, biz əksik bucağın dərəcə ölçüsünü tapmaq üçün tənlikdən istifadə edə bilərik.
Nümunə:
Aşağıda verilən üçbucaqda x bucağının dərəcə ölçüsünü tapın.
Biz üçbucağı ifadə etmək üçün bu tənlikdən istifadə edə bilərik:
x+42+106=180
Əksik bucağı tapmaq üçün 180-dən digər iki bucağın dərəcəsini çıxırıq :
x=18010642
x=32
Əksik bucağın dərəcə ölçüsü 32-dir.
Əksik bucaqların dərəcə ölçülərini tapmaq haqqında daha çox öyrənmək istəyirsiniz? Bu videonu yoxlayın.

Çalışmalar

Çalışma 1
Aşağıda göstərilən üçbucaqda x-in qiymətini tapın.
x=
  • Cavabınız belə olmalıdır
  • 6 kimi bir tam ədəd
  • 3/5 kimi sadələşdirilmiş düzgün kəsr
  • 7/4 kimi sadələşdirilməmiş düzgün kəsr
  • 1 3/4 kimi qarışıq ədəd
  • 0.75 kimi onluq kəsr
  • pinin qatı, 12kimi pi or 2/3 pi

Daha çox belə çalışma görmək istəyirsiniz? Bu tapşırığı yoxlayın