If you're seeing this message, it means we're having trouble loading external resources on our website.

Əgər vebsayt filtrindən istifadə edirsinizsə *.kastatic.org*.kasandbox.org domenlərinin əngəllənməmiş olduğundan əmin olun.

Əsas məzmun

Həcm vahidlərinin təhlili (litr və millilitr)

Litr və millilitr ölçülərini və onların bir-birinə necə çevrildiyini nəzərdən keçirin.  Sonra bəzi praktiki məsələlər həll etməyə çalışın.

Həcmin metrik ölçü vahidləri

Həcm tutum vahididir. Məsələn, bir kasanın həcmi dedikdə onun daxilindəki yerin miqdarı, yaxud nə qədər su tutma qabiliyyətinə malik olması nəzərdə tutulur.
Metrik ölçü sistemində ən çox işlənən həcm vahidləri millilitr və litrdir.

Bir millilitr nə qədərdir?

Bir yağış damlası bir millilitr mayedən ibarətdir.
Yağış damcısı

Bir litr nə qədərdir?

Bu şüşə 1 litr mayedən ibarətdir.
Maye butulkası
Həcmin metrik ölçüləri haqqında daha çox öyrənmək istəyirsiniz? Bu videonu nəzərdən keçirin.
Çalışma 1A
Qonşuluqdakı hovuzun həcmini ölçmək üçün ən uyğun ölçü vahidini təyin edin.
Cavablardan birini seçin:

Bunun kimi daha çox problemi sınamaq istəyirsiniz? Bu tapşırığı nəzərdən keçirin.

Litri millilitrə çevirmək

1 litr=1000 millilitr
Litri millitrə çevirmək üçün litrin miqdarını 1,000-ə vururuq.
Nümunə:
8 litr=8×1000=8000 millilitr

Millilitri litrə çevirmək

1 millilitr=11000 litr
Millilitri litrə çevirmək üçün millilitrin miqdarını 1,000-ə bölürük.
Nümunə:
45 ml=451000=45÷1000=0.045 l
Çalışma 2A
Çevirin.
49 litr =
  • Cavabınız belə olmalıdır
  • 6 kimi bir tam ədəd
  • 0.75 kimi onluq kəsr
  • 3/5 kimi sadələşdirilmiş düzgün kəsr
  • 7/4 kimi sadələşdirilməmiş düzgün kəsr
  • 1 3/4 kimi qarışıq ədəd
millilitr

Belə məsələləri daha çox yoxlamaq istəyirsiniz? Bu tapşırıqları nəzərdən keçirin:
Böyük vahidləri daha kiçik vahidlərə çevirmək
Vahidləri bir-birinə çevirmək